Yuxarı

ŞƏT-də böhran: Çin hansı ölkəni dəstəkləyəcək?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ŞƏT-də böhran: Çin hansı ölkəni dəstəkləyəcək?

Hindistanla Pakistan arasında artan gərginlik və müharibə ehtimalı hər iki dövlətin üzv olduğu Şanxay Əməkdaşlıq Təşkilatını çətin vəziyyətə salıb. Təşkilatın digər üzvü Çin müttəfiqi Pakistanı dəstəkləyir. Təsadüfi deyil ki, Kəşmirdəki son olaydan sonra Pakistanın xarici işlər naziri Pekinə gedərək çinli həmkarı ilə geniş fikir mübadiləsi aparıb. İslamabad Pekinin dəstəyinə arxayındır.

Axar.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Hindistanla Pakistan arasında artan gərginliyi şərh edərkən bildirib.

O, Çinin də potensial müharibəyə qoşula biləcəyini vurğulayıb:

“Bu o deməkdir ki, Hindistan Pakistana qarşı hərbi əməliyyata başlayarsa, Dehli qarşısında Çini də görəcək. Kreml mövcud gərginlikdə hər hansı tərəfi dəstəkləmir. Rusiya Prezidenti Vladimir Putinin Hindistana səfəri planlaşdırılsa da, Kreml son vaxtlar İslamabadla da dialoqu genişləndirib. Putin Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən son sammitində Pakistanın Baş naziri Şahbaz Şəriflə danışıqlar aparıb, bundan sonra Rusiyanın Baş naziri Mixail Mişustin İslamabada səfər edib. Rusiya Pakistanın nəqliyyat imkanlarından istifadə etməyi planlaşdırır. Dehli Kəşmirdəki terror olayından sonra Pakistana qarşı sanksiyalar tətbiq edib. Bu səbəbdən Dehli Kremlin İslamabadla dialoqunu davam etdirməsinə mənfi yanaşacaq. Bütün hallarda iki nüvə dövləti olan Hindistan və Pakistan gərginliyin azalması yollarını tapmalıdırlar, əks halda bu həm Şanxay Əməkdaşlıq Təşkilatının nüfuzuna xələl gətirəcək, həm də təşkilata üzv dövlətləri çətin seçim qarşısında qoyacaq ki, onlar bunu istəmirlər”.

Qeyd edək ki, Hindistan və Pakistan arasında münasibətlər Cammu və Kəşmirdə 25 nəfərin ölümü ilə nəticələnən 22 aprel terror aktından sonra pisləşib.

Tarix
2025.04.29 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

Kəlbəcərdəki bu hadisələr hərbi cinayətdir - Araik

Zelenski İlham Əliyevi təbrik etdi

Liderlər İlham Əliyevi təbrik edir

İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı

Heç bir qurum Azərbaycanla təhdid dilində danışa bilməz

Prezident konqres iştirakçılarına müraciət ünvanladı

Azərbaycanlı trollar Ərdoğanı, görün, necə şantaj edir

Hacıbəyli “radikal müxalifət”ə necə rahat “transfer” edildi?

Belqrad-Bakı birbaşa uçuşlarının açılış tarixi açıqlandı

ABŞ və Ermənistan TRIPP çərçivəsində ilk görüş keçirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla