Biz müharibəyə deyil, sülhə çalışırıq. Onlar müharibənin qızışdırıcısıdırlar.
Axar.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
“Biz çalışırıq ki, ölkə daxilində və qonşularımızla münasibətlərdə sülh və əmin-amanlıq olsun. Biz Azərbaycan, Rusiya, Əfqanıstan, Pakistan, İraq və Səudiyyə Ərəbistanı ilə qardaşlıq və bərabərlik üçün çalışırıq. Səudiyyə Ərəbistanı islam ölkəsidir və islam orada doğulub. Bir-birimizlə döyüşə bilərikmi? Amma o, (ABŞ Prezidenti Donald Tramp – red.) Səudiyyə Ərəbistanını bir tərəfə, bizi isə digər tərəfə qoymaq istəyir. O, bölgədə iğtişaşlar səpmək istəyir, amma buna imkan verməyəcəyik”, - Pezeşkian bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Tehranın nüvə proqramı ilə bağlı razılığın əldə olunmayacağı təqdirdə İrana maksimum təzyiq göstərməyə və ölkəni neft ixrac etmək imkanından məhrum etməyə hazır olduğunu demişdi.