Yuxarı

Əliyevin parada qatılmamasına Rusiyadan reaksiya

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyevin parada qatılmamasına Rusiyadan reaksiya

Rusiya Azərbaycanla bağlı məsələləri qarşılıqlı hörmət əsasında həll etməkdə qərarlıdır.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin 9 May – Faşizm üzərində Qələbə münasibətilə Moskvada keçirilən hərbi parad və tədbirlərə qatılmaması ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.

XİN rəsmisi iki ölkə arasında müşahidə olunan gərginliyə münasibət bildirib:

“Moskva Bakı ilə münasibətləri 2022-ci ildə imzalanmış “Müttəfiqlərin qarşılıqlı fəaliyyəti haqqında” bəyannamənin əsasında qurur. Rusiya bu sənədin bütün potensialını üzə çıxarmaq və yaranan bütün məsələləri qarşılıqlı fayda və hörmət əsasında həll etmək əzmindədir”.

Qeyd edək ki, AZAL-ın sərnişin təyyarəsinin qəzaya uğramasından 5 ay keçsə də, Rusiya tərəfindən hər hansı əməliyyat istintaq tədbirləri aparılmayıb, eləcə də bu hadisədə günahı olanlar tapılaraq məsuliyyətə cəlb olunmayıb.

Eyni zamanda, bir müddət əvvəl Azərbaycanın bir sıra media resurslarına kiberhücumların Rusiyadan edildiyi təsdiqini tapıb. Moskva bu məsələyə də aydınlıq gətirməyib.

Bundan başqa, bir neçə gün əvvəl Azərbaycan parlamentinin üzvü Azər Badamovun Rusiyaya girişinə qadağa qoyulub, o, Moskvada aeroportda saxlanılaraq, deportasiya edilib. Rusiya tərəfi isə məsələ ilə bağlı əsaslandırılmış hər hansı açıqlama verilməyib.

Bütün bu amillərin Azərbaycan Prezidentinin Moskvaya səfərinin təxirə salınmasına təsir göstərdiyi bildirilir.

Tarix
2025.05.15 / 14:58
Müəllif
Axar.az
Digər xəbərlər

Lukaşenko İlham Əliyevi təbrik etdi

Ermənistana 8 vaqon dizel yanacağı göndərildi

Azərbaycan və Ermənistan 9 Mayı sülh içində qeyd edir...

XİN-dən Qələbə Günü ilə bağlı paylaşım

NATO-nun xüsusi nümayəndəsi Bakıya gələcək

İranlı biznesmenlər Bakıya axışır: Bu iki məsələ...

Bu dəhşətləri yaxşı bilən Azərbaycan… - Səfirin yazısı

Etibar Məmmədovun villasından oğurluq edib, kefə xərclədi

Putin Azərbaycanı təbrik etdi

Rusiya kanalında Azərbaycan xəritəsinin təhrif olunması... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla