Yuxarı

Ərdoğan Zəngəzur açıqlamasına Tehrandan "dolayı" cavab

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan Zəngəzur açıqlamasına Tehrandan "dolayı" cavab

Türkiyə liderinin açıqlaması İranın mövqelərinin regionda vəziyyətin inkişafında həqiqətən təsirli olduğunun göstəricisidir.

Axar.az xəbər verir ki, bu sözləri ianlı analitik Kayhan Barzegar Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizi məsələsində İrandan dəstək gözlədikləri haqda sözlərini şərh edərkən erməni mediasına deyib.

Onun sözlərinə görə, bu həm də onu göstərir ki, Türkiyə və Azərbaycan İranla bağlı siyasətində bu məsələyə ciddi yanaşır və bu münasibətlərdə gündəmdə olan bir mövzudur:

“Bu, onu göstərir ki, o yolun açılmasında və onun formatının aydınlaşdırılmasında İranın mövqeyi mühüm əhəmiyyət kəsb edir. Lakin qeyd etməliyəm ki, İran öz mövqelərindən əl çəkməyib və bu məsələni həm Tehranda, həm Bakıda, həm də İrəvanda daim qaldırır ki, yollar güc yolu ilə deyil, ölkələrin suverenliyi çərçivəsində açılmalıdır. Düşünmürəm ki, İran hər hansı şəraitdə bu qırmızı xəttdən əl çəkəcək. Əlbəttə ki, Ermənistan mövqeyini dəyişməsə”.

Ekspert qeyd edib ki, burda əsas məsələ İranın “işarələnməsidir”:

“Bu onu göstərir ki, bəlkə də bu məsələdə Türkiyə üçün əsas maneə İrandır və vaxtı çatanda dəhliz danışıqlarında İran masada olacaq”.

Qeyd edək ki, İran ekspertləri adətən hakimiyyətin mövqeyinin dolayı ifadəçiləri hesab olunurlar.

Tarix
2025.05.29 / 21:08
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla