Yuxarı

Azərbaycanla Rusiya 170 sənəd imzaladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanla Rusiya 170 sənəd imzaladı

İqtisadiyyat naziri Şahin Mustafayev iyunun 15-də Moskvada Rusiyanın İqtisadi İnkişaf naziri Aleksey Ulyukayev ilə görüşüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Rusiya arasında iqtisadi-ticarət əlaqələr və əməkdaşlığın genişləndirilməsi perspektivləri, Şimal-Cənub nəqliyyat dəhlizinin ölkələrimiz üçün yaratdığı tranzit imkanları və dəhlizin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Qeyd edilib ki, Azərbaycan və Rusiya arasında 50-dən çoxu iqtisadi sahədə olmaqla 170-dən çox sənəd imzalanıb. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Hazırda Azərbaycanda Rusiya kapitallı 600-ə yaxın şirkət fəaliyyət göstərir. Azərbaycan şirkətləri də Rusiyada uğurla fəaliyyət göstərirlər. Rusiya Azərbaycan iqtisadiyyatına 3 milyard dollar, Azərbaycan isə Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox birbaşa investisiya qoyub. İndiyədək 15 iclası keçirilmiş Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyası ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına öz töhfəsini verir.

Şahin Mustafayev kənd təsərrüfatı, maşınqayırma, əczaçılıq və s. sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialı diqqətə çatdırıb.

Bildirilib ki, Azərbaycanın kənd təsərrüfatı məhsulları Rusiya bazarına da ixrac edilir. Hökumətlərarası Komissiya çərçivəsində kənd təsərrüfatı üzrə İşçi Qrupu fəaliyyət göstərir.

Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional əməkdaşlığın inkişafına ən ciddi təhdid olduğunu vurğulayıb.

Aleksey Ulyukayev isə əməkdaşlığın genişlənməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğulayıb.

Görüşdə VII Azərbaycan-Rusiya Regionlararası Forumunun bu ilin dekabrında Azərbaycanda keçirilməsi barədə razılığa gəlinib, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Tarix
2016.06.17 / 12:02
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

"Expressbank" əməkdaşları üçün seminar keçirildi - Foto

İsanın heykəlini sındırana cinayət içi açılıb – Netanyahu

İranın gizli oyunu: Silahlar yenidən işə düşür?

Bu ölkələrin səfirləri XİN-ə çağırıldı

KTMT-dən Bakı və İrəvan haqda açıqlama

Bayramov Tailandın baş naziri ilə görüşdü - Foto

Bakının bəzi ərazilərində qaz olmayacaq

Yoxsulluq və işsizlik 5% səviyyəsinə düşüb - Prezident

İlham Əliyev sessiya iştirakçılarına müraciət etdi

Bakı və İrəvan sülh sazişini Ankarada imzalayacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla