Yuxarı

Azərbaycanın yaşıl enerji siyasəti ölkənin əsas prioritetlərindən biridir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 2-də paytaxtımızda start götürmüş Bakı Enerji Həftəsi çoxdandır təkcə regional anlamda deyil, eləcə də qlobal miqyasda enerji sahəsində ən önəmli beynəlxalq platformalardan biri hesab olunur.

Axar.az xəbər verir ki, bu sözləri deputat Kamaləddin Qafarov deyib.

O, qeyd edib ki, tədbir çərçivəsində 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi - “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi - “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimi keçirilib:

"Mərasimdə çıxış edən Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, “Bakı Enerji Həftəsi” öz zəngin ənənəsinə və innovasiyaya açıqlıq prinsipinə sadiq qalaraq beynəlxalq dialoqun dərinləşməsinə, yeni tərəfdaşlıqlar qurulmasına və faydalı əməkdaşlığın inkişafına mühüm töhfələr verəcək. Dövlət başçımızın çıxışında qeyd olunduğu kimi, “Bakı Enerji Həftəsi” Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə bünövrəsi qoyulmuş “Caspian Oil & Gas” sərgisinin məntiqi davamı kimi formalaşıb və bu gün artıq enerji sahəsində nüfuzlu beynəlxalq hadisəyə çevrilib".

Deputat fikirlərini davam etdirərək ölkəmizin yaşıl enerji gündəliyi ilə bağlı cənab Prezident İlham Əliyevin çıxışında yer almış açıqlamaların əhəmiyyətini vurğulayıb:

“Cənab Prezident öz çıxışında bir daha xatırlatdı ki, uğurlu strateji yanaşmalar enerji sektorunda Azərbaycanın davamlı inkişafı üçün yeni imkanlar yaradır. Bu kontekstdən yanaşdıqda, təbii ki, ölkənin işğaldan azad olunmuş ərazilərinin “yaşıl enerji” zonası kimi inkişaf etdirilməsinin də dayanıqlı enerji strategiyasının əsas istiqaməti olduğunu görmək olar. Təsadüfi deyil ki, enerji təhlükəsizliyinin gücləndirilməsi, enerji təchizatının şaxələndirilməsi və yaşıl enerji üzrə davamlı inkişaf bu gün ölkəmizin əsas prioritetləri kimi müəyyən edilib. Bu gün Avropanın enerji təhlükəsizliyində ən önəmli və aparıcı rolu hələ də məhz təbii qaz təchizatı oynayır. Buna görə də Azərbaycanın bu qitədə enerji daşıyıcıları sahəsində fəaliyyətini genişləndirməsi həm ölkəmiz, həm də tərəfdaşlarımız üçün zəruridir. Əbəs yerə deyil ki, hazırda enerji təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan qazına ehtiyacı olan bir sıra dövlətlərlə də fəal danışıqlar aparılır. Buna baxmayaraq, ölkəmizin yaşıl enerji gündəliyi də kifayət qədər genişdir. Dövlətimizin başçısının dediyi kimi, Azərbaycan neft və qaz ölkəsi olmaqla yanaşı, investorlarla bərabər məhz yaşıl enerjiyə sərmayə qoyur və bu da dövlətimizin məsuliyyətini nümayiş etdirir”.

Tarix
2025.06.06 / 11:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan sərhədində nüvə təhlükəsi: Partlayış xəbərdarlığı

"Mübariz İbrahimov" gəmisi miqrantları xilas etdi - Foto

İsgəndər Xəlilovun ofisinə hücum: Milyarder Bakıya gəldi – Təcili

İran qorxur, Türkiyə xəyal edir: Zəngəzura xoş gəldiniz – ABŞ nəşri

Hakan Fidan Ceyhun Bayramovla danışdı

Nazirlik növbəti dəfə hərrac keçirdi

Azərbaycanlı iş adamı təkzib etdi, OMON axtarış aparmayıb

Qarabağdakı yanğınla bağlı polisə konkret tapşırıqlar verildi

Fransa parlamentində Bakıya qarşı qətnamə... - Bəyanat

DİN-də əməliyyat müşavirəsi: Vəzifələr tam icra olunmalıdır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla