Yuxarı

Mir Şahin ANS-dən danışdı: Vahid Mustafayevə cavab - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mir Şahin ANS-dən danışdı: Vahid Mustafayevə cavab - Video

O vaxt ANS-də nə mənim, nə sənin, nə də onun ayrıca bir rolu vardı. Orada hər üçümüzün - Vahid, Seyfulla, Mirşahin rolu eyni idi. Biz ANS-in Azərbaycan tamaşaçısına, Azərbaycan dinləyicisinə, Azərbaycan xalqına xidmət etməsi üçün çalışan insanlar idik. Konkret bölgü yox idi. Elə məqamlar olurdu ki, yaradıcılığı mən idarə edirdim, elə məqamlar olurdu ki, Seyfulla idarə edirdi, başqa vaxtlarda isə Vahid edirdi.

Kult.az Bakipost.az-a istinadla xəbər verir ki, bu sözləri Real TV-nin sahibi Mir Şahin Ağayev deyib.

“Astar” Yutub layihəsinin qonağı olan əməkdar jurnalist illər sonra ANS-lə bağlı danışıb:

“Bəzən iş elə gətirirdi ki, mən xəbərlə daha çox məşğul olurdum, amma bu o demək deyildi ki, yalnız xəbərlər mənim sahəm idi. Bir müddət baş prodüser də olmuşam. Prodüser departamenti fəaliyyət göstərən dövrdə bir çox layihələr məhz bizim zamanımızda həyata keçirildi. Ona görə də deməzdim ki, bu, konkret olaraq kiminsə sahəsi idi, kiminsə deyildi. Biz ümumilikdə ANS-in rəhbərliyini daşıyır və Azərbaycan xalqına ANS xidməti göstərirdik”.

O, ANS haqqında çox danışmaq istəmədiyini bildirib:

“ANS haqqında çox danışmaq istəmirəm, xüsusilə də indi. Çünki ANS artıq mənim çalışmadığım bir şirkətdir və orada çalışan insanların ANS barədə danışmağa haqqı daha çoxdur. Bir cümlə ilə fikrimi yekunlaşdırmaq istəyirəm: Mən ANS-də çalışmamışam, mən ANS çalışmışam, mən ANS-də işləməmişəm, mən ANS işləmişəm, mən ANS-də olmamışam, mən ANS olmuşam”.

M.Ağayev söyləyib ki, ANS Azərbaycanın informasiya tarixində xüsusi rolu olan bir qurumdur:

“ANS Azərbaycanın ilk özəl teleradio şirkətidir və ölkənin müstəqillik tarixində çox böyük işlər görüb. Bu mənim üçün artıq keçmişdir. Keçmişim haqqında danışmaq istəmirəm ki, özümü tərifləyən kimi çıxmasın. Hər bir həmkarımın ANS-lə bağlı öz baxışı var və bu da normaldır.

Bu gün mən daha qlobal mövzular haqqında düşünürəm. Məsələn, dünyada su müharibələrinin başlama ehtimalı məni ciddi narahat edir. Çox yaxın zamanda bəşəriyyət su qıtlığı ilə üzləşə bilər. Necə ki, bu gün enerji uğrunda mübarizə gedir, gələcəkdə su uğrunda mübarizə başlaya bilər. Artıq bəzi ölkələrdə, o cümlədən, Tehranın paytaxt statusunun dəyişdirilməsi, İstanbulun su problemi, kəndlərdə bulaqların quruması kimi məsələlər gündəmdədir. Bu baxımdan mən ANS mövzusu ətrafında dolaşmaq istəmirəm”.

M.Ağayev vaxtilə ANS-də işləmiş, indi isə Real TV-də çalışan əməkdaşların keçmiş həmkarları, xüsusən də Vahid Mustafayevin yanında qalanlarla ünsiyyət saxlamasına qadağa qoyulması barədə suala belə cavab verib:

“Mən “Real”ın əməkdaşlarına heç bir qadağa qoymamışam. Əgər mən ünsiyyət saxlamıramsa, bu, mənim seçimimdir. Əgər onlar ünsiyyət saxlamırlarsa, bu da onların seçimidir. Elə adamlar var ki, ünsiyyət saxlayırlar. Bəzən mənimlə də ünsiyyətdə olurlar”.

Aparıcı Ülvira Qarayeva repilka verib: “İnan ki, yox…”

M.Ağayev:

- Yox, elə bir şey yoxdur. Natavan xanımın yasında uşaqlarımızın çoxu iştirak edib. Mais müəllim də rəhmətə gedəndə getmişdilər. Mən isə sadəcə getmirəm. Bu, mənim şəxsi seçimimdir. Onlar da gəlmirlərsə, bu, onların seçimidir. Mən, ümumiyyətlə, ANS mövzusu ətrafında danışmamağa çalışıram. Çünki az əvvəl də dediyim kimi, ANS mənim üçün artıq nə deməkdir, onu açıq şəkildə bildirmişəm.

Qeyd edək ki, V.Mustafayev bir müddət əvvəl Mirşahin Ağayevin ANS-dəki fəaliyyəti ilə bağlı bunları demişdi:

“Mir Şahin Ağayev heç vaxt bizim şərikimiz olmayıb. Mir Şahini bizimlə ilk dəfə Sabir Rüstəmxanlı tanış edib. O vaxt bizə azərbaycandilli müxbir lazım idi. Sabir Rüstəmxanlı da “Azərbaycan” qəzetinin baş redaktoru idi”.

Tarix
2026.01.22 / 10:44
Müəllif
Kult.az
Digər xəbərlər

Tramp geri çəkildi: Qrenlandiya ilə bağlı razılaşma...

Moskvadakı səfirimiz Rusiya MN-ə getdi: Görüş...

Bakı regionun enerji təhlükəsizliyini təmin edən aktordur

Dugin Bakını hədələdi, cavabsız qaldı - Ekspert

Azərbaycan Sülh Şurasında təsisçi dövlət olur: Nə qazanacaq?

İlham Əliyev Rassel Hardi ilə görüşdü

Naxçıvan dəmir yolu xəttinin bərpasına dəstəyə hazırıq - Kos

Azərbaycan sayəsində daha bir məhsul ucuzlaşdı - Paşinyan

İlham Əliyev Davosda panel iclasda iştirak etdi

Azərbaycan və ABŞ arasında Strateji İşçi Qrupunun iclası oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla