Yuxarı

Xocalı soyqırımı Latviyada anıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xocalı soyqırımı Latviyada anıldı

Latviyadakı Riqa Klassik Gimnaziyasında "Ocaq" Latviya-Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib.

Bu barədə "Axar.az"a Diaspor üzrə Dövlət Komitəsindən məlumat verilib.

Tədbirdə Gimnaziyanın şagirdləri anım günü münasibətilə Xocalıda baş verən hadisələrlə bağlı hazırladıqları kiçik səhnəciyi nümayiş etdirib. Mərasimdə Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Azərbaycanın Latviyadakı Səfirliyinin nümayəndələri, Latviyanın kütləvi informasiya vasitələrinin, latış və rus xalqının təmsilçiləri və burada yaşayan azərbaycanlılar iştirak edib.

Tədbirdə "Ocaq" Latviya Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Roman Aliyev, Azərbaycanın Respublikasının Latviya Respublikasındakı səfirinin müşaviri Gəray Muradov və digərləri çıxış edərək erməni qəsbkarlarının xalqımıza qarşı törətdiyi soyqırım haqqında geniş məlumat veriblər.

Qeyd edək ki, "Ocaq" Latviya-Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Roman Aliyev eyni zamanda Riqa Klassik Gimnaziyasının direktorudur. Gimnaziyada azərbaycanlılarla yanaşı, ruslar latışlar da təhsil alır.

Tarix
2014.02.24 / 15:18
Müəllif
Fərqanə Vəkilova
Digər xəbərlər

Britaniyada hər gün 33 nəfər sosial şəbəkə fəalı həbs edilir

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

Azərbaycanın ŞƏT-də rolu: Təsir mexanizmləri…

Kiyevə hücum: azərbaycanlının restoranı dağıldı - Foto

Putin məktub yazdı, Köçəryan üsyana çağırdı

İlham Əliyevlə Paşinyan görüşdü - Video

Prezidentə təqdim olunan oyuncaqlar nədir? - Foto

Ermənistan heç özü Qarabağı müdafiə etmədi - Cabarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla