Yuxarı

Azərbaycanda əsgərlik yaşı dəyişirmi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda əsgərlik yaşı dəyişirmi?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov hərbi xidmətə çağırış yaşının 20 yaşdan yuxarı qaldırılması barədə təkliflərə münasibət bildirib.

Axar.az xəbər verir ki, deputat Pravda.az-a açıqlamasında bu barədə danışıb.

O deyib ki, inkişaf etmiş müxtəlif ölkələrdə olduğu kimi, Azərbaycanda da orduda müqavilə ilə müddətdən artıq hərbi xidmət keçmə məsələsi var.

“44 günlük müharibə dövründə də şahidi olduq ki, əsas döyüş mövqelərində, vacib əməliyyatlarda komando dəstələri iştirak edirlər, həddindən artıq peşəkardırlar. Onların yaşları isə 18 deyil, 20-dən yuxarıdır. Bütün bu proseslərdə hamı şahid oldu ki, irəli, döyüş xəttinə yeni hərbi qulluğa getmiş əsgərlər buraxılmır. Onlar ən azı 6 ay xidmət keçməlidirlər ki, hərbi əməliyyatlarda iştirak edə bilsinlər.

Yaş həddi məsələsi sovet dövründən qalma qaydadır.

18 yaşından hərbi xidmətə çağırış sovet dövründən bəri var. Amma indiki ordular artıq o dövrlərin orduları deyil. Orduda professionallıq, müqavilə ilə xidmət üstünlük təşkil edir. Xüsusi təyinatlıların hazırlanmasına önəm verilir. Azərbaycan vətəndaşı 18 yaşına çatanda vətənə xidmət borcunu yerinə yetirmək üçün hərbiyə yollanır. Bu məsələlər müzakirə olunur. Ola bilər, gündəmə gətirilər, qanunvericilikdə diqqət yetirilər və müəyyən qərarlar verilər. Hələ ki belə bir şey yoxdur”, - deputat bildirib.

Tarix
2025.07.07 / 21:34
Müəllif
Axar.az
Digər xəbərlər

Numan Qurtulmuş Azərbaycana səfər edəcək

Tramp onu Bakıya göndərdi: Prezidentlə görüş... - Foto

ABŞ-İran sazişi müharibədə “60 günlük fasilə”dir

Tahir Qarayev və Sumqayıt şirkətinə sanksiya tətbiq edildi

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla