Yuxarı

Azərbaycanlını gürcü dilinə görə şillələyən şəxs saxlanıldı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlını gürcü dilinə görə şillələyən şəxs saxlanıldı

Gürcüstanda azərbaycanlı yeniyetməyə zorakılıq etməkdə təqsirli bilinən 1998-ci il təvəllüdlü M.Q. adlı şəxs saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

İstintaqla müəyyən edilib ki, saxlanılan şəxs Marneulidə şirniyyat evində olarkən mübahisə zəminində mağazanın əməkdaşına qarşı fiziki zorakılıq törədib və hadisə yerindən qaçıb. İnsidentdən qısa müddət sonra polis əməkdaşları onu şübhəli şəxs qismində saxlayıblar.

Faktla bağlı yeniyetməyə qarşı zorakılıq faktı ilə bağlı istintaq aparılır. Törədilmiş cinayət əməli 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qeyd edək ki, hadisə ötən gün axşam saatlarında baş verib. Yayılan məlumatlara əsasən, Mamuka Qiqani şirniyyat mağazasının Orxan Piriyev adlı əməkdaşına gürcü dilində danışmadığına görə şillə vurub. M.Qiqaninin Marneuli bələdiyyə məclisi sədrinin müavini Riçard Qiqaninin oğlu olduğu bildirilir. Hadisə Gürcüstanın azərbaycanlı icmasında böyük hiddətə səbəb olub.

Tarix
2025.09.21 / 00:58
Müəllif
Axar.az
Digər xəbərlər

Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla