Yuxarı

Ağac kəsilməsinə görə fəhlə 2 min manat cərimə edildi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağac kəsilməsinə görə fəhlə 2 min manat cərimə edildi

Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Regional Kollecin həyətində ağacın kəsilməsi ilə bağlı cərimə tətbiq edilib.

Axar.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən aparılan yoxlama zamanı kollecin həyətində bir ədəd aylant ağacının kəsildiyi müəyyən edilib.

Ağacın kəsilməsinə görə kollecdə fəhlə işləyən şəxsə 2 min manat məbləğində cərimə yazılıb. Lakin cərimələnən şəxs və kollecin rəhbərliyi qərarla razılaşmayaraq bildiriblər ki, ağac quruduğu üçün kəsilib.

Fəhlə cərimə qərarından narazı qalaraq məhkəməyə müraciət edib, cərimənin ləğv olunmasını tələb edib. Məhkəmə şikayəti araşdırsa da, iddianı əsassız hesab edərək fəhlənin müraciətini təmin etməyib.

Tarix
2025.11.17 / 01:38
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla