Yuxarı

Güclü külək bu rayonda fəsadlar yaratdı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Güclü külək bu rayonda fəsadlar yaratdı

Göyçay rayonunda axşam saatlarında müşahidə olunan güclü külək və leysan xarakterli yağış bir sıra fəsadlara səbəb olub.

Axar.az xəbər verir ki, əlverişsiz hava şəraiti nəticəsində Ucar–Göyçay avtomobil yolunun kənarında yerləşən irigövdəli ağaclar kökündən çıxaraq yolun hərəkət hissəsinə aşıb. Nəticədə hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinlik yaranıb.

Hadisə yerinə dərhal yol və post patrul xidmətinin əməkdaşları cəlb olunub. Ərazidə təhlükəsizlik tədbirləri görülür, ağacların yoldan kənarlaşdırılması və nəqliyyatın təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində işlər davam etdirilir.

Güclü küləyin törətdiyi fəsadlar rayonun Yeniarx kəndində də qeydə alınıb. Belə ki, irigövdəli ağacların qırılaraq elektrik xətlərinin üzərinə aşması nəticəsində kəndə elektrik enerjisinin verilişi dayandırılıb.

Kənd sakinlərinin sözlərinə görə, təbiət hadisəsi nəticəsində bir neçə fərdi yaşayış evinin və yardımçı tikilinin dam örtüyünə ziyan dəyib. Bundan başqa, bir vətəndaşa məxsus minik avtomobili aşan ağacın təsirindən zədələnib.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Tarix
2026.06.15 / 23:55
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla