Yuxarı

Sərnişinin bıçaqladığı taksi sürücüsü öldü

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkirdə sərnişin tərəfindən bıçaqlanan taksi sürücüsü xəstəxanada ölüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Şəmkir rayonun Seyfəli kəndində bıçaqlanaraq ağır xəsarətlə Gəncədə olan xəstəxanaların birinə yerləşdirilən Gəncə şəhər sakini 1958-ci il təvəllüdlü Namiq Babayevin bu gün tibbi yardımlara baxmayaraq dünyasını dəyişib.

Hadisə yanvarın 17-də Şəmkirin Seyfəli kəndində qeydə alınıb. Naməlum şəxs Gəncə şəhər sakini Namiq Babayevin idarə etdiyi VAZ 2107 markalı avtomobilinə əyləşərək onu Seyfəli kəndində aparmasını bildirib. Yolda sürücüyə bıçaq xəsarətləri yetirən şəxs onun cibindən 2 manat pulu və telefonunu götürərək həmin avtomobil ilə ərazidən qaçıb. Sürücü N. Babayev Gəncədə olan xəstəxanaların birinə yerləşdirilmişdi.

Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində N. Babayeva məxsus VAZ 2107 avtomobilin təmiri ilə məşğul olan Kamal Kərimova satıldığı müəyyən olunub. Cinayəti törədən şəxsin saxlanılması istiqamətində tədbirlər həyata keçirilir.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.

Tarix
2017.01.20 / 23:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla