Yuxarı

Bütöv Azərbaycanın hava proqnozu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nə həsrət, nə hicran olsun,
Vahid Azərbaycan olsun!
Qoy birləşsin, bir can olsun
O sahil də, bu sahil də!

Bu şəhərlər tarixi Azərbaycan torpaqlarıdır. İşğal, müqavilələr və digər səbəblər onları Azərbaycandan ayırıb, bəzisinin adı, bəzinin isə milli tərkibi dəyişdirilib. Dünyanın bir çox ölkələrində onlar İran, Dağıstan və Gürcüstan, hətta Ermənistan şəhərləri kimi tanınır. Lakin onların Azərbaycan türklərinin qədim torpağı olduğu da danılmaz tarixi faktdır.

Tarixi torpaqlarımızda bu həftə gözlənilən hava şəraitini təkcə proqnoz olaraq deyil, eyni zamanda həmin bölgələrdən olan soydaşlarımızın dilindən təqdim edirik.

Beləliklə, Publika.az Bütöv Azərbaycanın hava proqnozunu diqqətinizə çatdırır.

Dərbənd

Azərbaycanın qədım şəhəri, Qarapapaq türklərinin əsas yaşadığı diyar Dərbəndin havasından bizə şair, publisist Ramiz Qusarçaylı xəbər verir. Ramiz müəllim deyir ki, bu gün Dərbənddə həm təbiətin, həm də insanların içərisində ab-hava saf və gözəldir. Bölgədəki əhalinin indi Novruza hazırlaşdığını deyən, R.Qusarçaylı bu bölgədə adət-ənənələr tarixən qorunub saxlandığını bildirib: “Dərbəndin özünəməxsus adətləri olduğu kimi, ümumi ənənələr də qorunur. Dərbəndə həm çərşənbələr yüksək səviyyədə keçirilir, həm də bayrama yüksək hazırlıq var. Biz də hər il ora gedib bu bayramda soydaşlarımızla birlikdə qeyd edirik. Bu il yenə də tədbirlərdə iştirak üçün Dərbəndə gedəcəyik”.

Dərbənd: gecə: gündüz:

4 mart: +5 +9

5 mart: +7 + 8

6 mart: + 4 + 6

7 mart: + 3 + 9

8 mart: + 5 +10

9 mart: + 5 +10

10 mart: + 5 + 11

Cənubi Azərbaycan

“İndi Təbrizdə havanın temperaturu Bakıdan bir neçə dərəcə aşağıdır, hələ də bəzi yerlərdə qar müşahidə edilir”. Bu sözləri isə bu günlərdə Təbrizin ab-havasından danışan müğənni Cavid Hüseyn deyir. Amma bayrama bir neçə gün qalmış artıq qardan, qışdan insanların canı qurtarır.

“İndi Təbrizdə bayrama hazırlıq görülür. Bütün evlərdə ciddi təmizlik işləri aparılır. Axır çərşənbəyə daha çox önəm verildiyindən bayram süfrəsinə də hazırlıq artıq başlanıb. Bayram gün il təhvil veriləndə mütləq yarpaq dolması bişirərik. Çərşənbələrin əksər adətləri şimaldakı kimidir. Keçmişdə bu bayramda uşaqlar üçün xüsusi bayram paltarı alınardı”, - deyə C.Hüseyn Təbrizin bugünkü ab-havasından bizi məlumatlandırır.

Təbriz: gecə: gündüz:

4 mart: + 3 +9

5 mart: + 2 + 8

6 mart: 0 + 10

7 mart: - 1 - 11

8 mart: - 1 +10

9 mart: + 5 +11

10 mart: + 1 + 13

Ərdəbil: gecə: gündüz:

4 mart: + 1 + 11

5 mart: 0 + 2

6 mart: - 3 + 3

7 mart: - 7 + 3

8 mart: - 4 + 4

9 mart: - 6 + 7

10 mart: - 3 + 11

Zəncan: gecə: gündüz:

4 mart: 0 + 9

5 mart: 0 + 4

6 mart: - 3 + 5

7 mart: - 4 + 8

8 mart: - 3 + 6

9 mart: - 3 + 8

10 mart: - 2 + 13

Xoy: gecə: gündüz:

4 mart: + 2 + 10

5 mart: + 2 + 9

6 mart: + 1 + 12

7 mart: + 1 + 12

8 mart: 0 + 11

9 mart: + 1 + 12

10 mart: 0 + 13

Həmədan: gecə: gündüz:

4 mart: + 2 + 9

5 mart: 0 + 8

6 mart: - 3 + 8

7 mart: - 2 + 10

8 mart: - 1 + 10

9 mart: + 2 + 10

10 mart: 0 + 13

Urmiya : gecə: gündüz:

4 mart: + 2 + 8

5 mart: + 2 + 5

6 mart: - 1 + 8

7 mart: - 2 + 8

8 mart: - 2 + 7

9 mart: - 2 + 8

10 mart: - 1 + 10

Qərbi Azərbaycan

İrəvanda da indi havanın temperaturu isinməyə başlayır. Artıq günəşli günlərin sayı artır. Digər bölgələrdə olduğu kimi burada da Novruza hazırlıq görülür. Bir zamanlar İrəvanın bayram günləri barədə bizə “SOY production”un prezidenti Oqtay Əliyev danışır:

“İrəvan bu ay Novruz bayramına hazırlıq görülürdü. Xalq bayramı maraqlı keçirməyə çalışırdı. Şəhərin özündə iki məhəllə tamamilə azərbaycanlılar idi. Kənarlarda isə ermənilər də olduğundan orada yaşayan azərbayanlılar da bayramı keçirmək üçün mərkəzə gəlirdi. Böyük tonqallar qalayır, musiqi çalınırdı. Bu bayram həm də uzun müddət bir-birini görməyənləri birləşdirən, görüşdürən bayram idi. Bayram təkcə şəhərdəki tonqalla yekunlaşmırdı, məktəbdə də davam edirdi. Bu bayramdan sonra azərbaycanlılar oxuyan məktəblərə dülgərlər baş çəkməli olurdu. Çünki qoz-fındığı ya qapının arasında, ya da partaların taxtaların sındırırdıq”.

İrəvan: gecə: gündüz:

4 mart: + 1 + 10

5 mart: 0 + 11

6 mart: + 1 + 11

7 mart: 0 + 11

8 mart: + 1 + 11

9 mart: + 1 + 11

10 mart: + 1 + 13

“Boz ay olduğundan Göyçədə də hava dəyişkən olurdu. Qar əriyir, yer buğlanır, nəfər alırdı”. Şair, publisist Eldar İsmayıl deyir ki, indi Göyçədə danaqıran, novruzgülü artıq torpaqdan baş qaldırardı. Sonra isə onlar yerini bənövşəyə verirdi: “Təbiət kimi insanlar da canlanırdı, əkin işləri qızışırdı. Yeni doğulmuş quzular otlaqlara çıxarılırdı. Ən əsası bu ay bayram ayı idi. Biz çərşənbələri bir az fərqli keçirirdik. Bu ayda qızlar bəxtlərinin nə zaman açılacağını öyrənmək üçün çərşənbə gecələri fala baxar, oğlanlar bacalardan papaq atardı. Uşaqlara bu ayda mütləq yeni paltar alınardı”.

Dərələyəz : gecə: gündüz:

4 mart: 0 + 8

5 mart: 0 + 8

6 mart: - 1 + 9

7 mart: - 3 + 10

8 mart: - 1 + 9

9 mart: - 1 + 10

10 mart: + 1 + 13

Göyçə: gecə: gündüz:

4 mart: - 3 + 2

5 mart: - 3 + 2

6 mart: - 4 + 2

7 mart: - 5 + 2

8 mart: - 5 + 1

9 mart: - 4 + 2

10 mart: - 5 + 3

“İndi Ağbabada qarın altından novruzgülü baş qaldırıb, yazın gəlişini xəbər verir. Bu ay Ağbabada insanların məişətində, həyatında canlanma dövrü idi. Yazın gəlişini mart ayı xalq təqviminə görə boz aya dövrüdür. Ağbabada da hava bu ayda tez-tez dəyişirdi, gah gün çıxış, gah da buludlar göy üzünə qalxır, hətta qar yağırdı”. Bunları isə dilçi alim Buludxan Xəlilov Ağbabalı günlərini xatırlayarkən deyir.

O daha sonra bunları söyləyir: “Bəzən qar əriyəndən sonra belə şaxtalı günlər müşahidə edirdi. Yaşlılar bunu qışla-yayın savaşı adlandırırdılar. Hava tez-tez dəyişsə də, soyuq olsa da, insanlar təbiətin oyanış, canlanma bayramı olan Novruza hazırlaşırdı. Biz çərşənbə adətləri kitabdan oxumamışdıq, ancaq nənə-babalarımızın danışdıqları və həyat tərzimizdən görürdük. Martın 8-9-da Leylək bayramı qeyd olunurdu. Əgər leyləklər bu günlərdə gəlirdisə, bu novruza 10-11 gün qaldığını göstərirdi. Təqvim olmadığı vaxtlarda insanlar leyləklərin gəlişi ilə Novruzun gəlməsini bilirdilər.

Novruza, onun çərşənbələrinə təkcə böyüklər yox uşaqlar da xüsusi hazırlaşırdı. Yadımdadır ki, qışdan qalan çır-çırpını bir yerə toplayıb hər çərşənbədə çatırdıq. Lopa gəzdirirdik. Çoxlu parçanı top şəklinə salıb yandırırdıq, kəndi gəzəndən sonra bu lopaları gücümüz çatacaq qədər uzağa atırdıq. Gecənin qaranlığında bütün el-oba işığa bürünürdü. Çərşənbənin səhəri bulaq başına gedirdik, insanlar bir-birinin üstünə su tökürdü. Bütün el-oba bayrama qədər evlərdə, həyətlərdə tam səliqə-sahman olardı. Çərşənbə gecəsi səhərə qədər yatmırdıq, evləri gəzirdik”.

Ağbaba: gecə: gündüz:

4 mart: - 3 + 6

5 mart: - 2 + 6

6 mart: - 6 + 7

7 mart: - 5 + 8

8 mart: - 4 + 7

9 mart: - 3 + 8

10 mart: - 2 + 10

Zəngəzur: gecə: gündüz:

4 mart: + 1 + 6

5 mart: +1 + 4

6 mart: - 1 + 5

7 mart: - 2 + 5

8 mart: - 2 + 4

9 mart: - 2 + 6

10 mart: - 1 + 8

Borçalı

“Bu ay digər regionlarda olduğu kimi Borçalıda da təbiətin və insanların təsərrüfat həyatında oyanış ayı idi”. Tarixçi Kərəm Məmmədli deyir ki, bu bölgədə də mart ayı deyəndə Novruza hazırlıq yada düşür:

“Azərbaycanın tarixi torpaqları siyası baxımdan bölünsə də, mənəvi baxımdan bu mümkün deyil. Əksər regionlarda mart oyanış ayıdır. Bizim Borçalıda da bu ayda bu oyanış bayramına hazırlıq elə həyət-baca təmizliyindən başlayırdı. Mənim boya-başa çatdığım Borçalının dilbər güşələrindən olan Baş keçiddə Xıdır nəbi bayramından martın 21-nə qədər bayrama hazırlıq gedirdi”.

Şairə Nazilə Səfərli illərdir Borçalıda olmasa da, uşaqlıq illərindən xatırladıqlarını danışır: “Bizdə Novruz bayramı xüsusi təntənəli qeyd edilməzdi. Ən əsas ilin axır çərşənbəsi idi. Həmin gün bütün qonşular təzə gəlin olan evə toplanardı, səhərə qədər çillə çıxarardılar. Düzdür, hava soyuq olardı, amma bayramın xüsusi qeyd edilməsinə əngəl deyildi. Çünki qalanan tonqallar ətrafa toplaşanları isidərdi. Axşamdan qalanan tonqal səhərə qədər sönməzdi”.

Borçalı: gecə: gündüz:

4 mart: + 5 + 14

5 mart: + 4 + 14

6 mart: + 5 + 12

7 mart: + 4 + 7

8 mart: + 4 + 10

9 mart: + 2 + 13

10 mart: + 2 + 14

Qarabağ

“Bu günlərdə artıq Qarabağda da yazın nəfəsi duyulur. Qar əriyir, yazın müjdəçisi olan bitkilər torpaqdan baş qaldırırdı”. Xalq artisti Flora Kərimova Şuşalı günlərindən və Şuşada bu günlərin ab-havasından danışır: “İndi Şuşada hər tərəf yavaş-yavaş gül-çiçəyə bürünüb. 10 yaşımı xatırlayıram, artıq bu günlərdə İstisuya gedirdik, babam rəhmətlik kabab çəkirdi, mən də həyətin bir başından o biri başına oynaya-oynaya gedirdim. Şuşada Buxara deyilən yer var idi, orada ilanlar olurdu, babam ilanları yedizdirirdi. Sonradan nənəm mənə deyirdi ki, onun babası ilanları belə yedizdirirmiş. Bizi buxaraya baxmağa qoymurdular. Babamın evinin yanında sürüşkən daş deyilən yer var idi, bu aylardan artıq günümüz o daşlarda sürüşməklə keçirdi.

Mart ayı həm də Novruza hazırlıq ayı idi. Nənəm bizi başına toplayırdı, şəkərbura, paxlava bişirirdi. Onun ətri ətrafa yayılırdı. Şuşada hər bir evdə hər şey o qədər ekoloji təmiz idi ki, bir evdə bişən yeməyin qoxusu bir məhlədən də hiss olunurdu. Nə deyim, o günləri xatırlamaq mənim üçün həm də çox ağırdır”.

Cənubi Qafqaz sıra dağlarının ətəyində yerləşən, cənnətməkan torpaq olan Kəlbəcərin bu vaxtından bizə şair, tənqidçi Adil Cəmil danışır:

“Kəlbəcər təbiəti orada doğulanların hamısına bir poetik ruh verirdi. Bu ayda rayon xüsusi bir gözəlliyə bürünürdü. Kəlbəcərdə qış sərt keçmişdi, hətta qarın üstündə nazik paltarda gəzirdik. Bu ayda da hava mülayim olurdu. Bu ay xalqımızın həyatında ən dəyərli bayram qeyd olunurdu. Kəlbəcərdə də artıq bu günlərdən bayrama xüsusi hazırlıq başlayırdı”.

Qarabağ : gecə: gündüz:

4 mart: + 6 + 15

5 mart: + 6 + 12

6 mart: + 4 + 12

7 mart: + 4 + 7

8 mart: + 2 + 11

9 mart: + 3 + 13

10 mart: + 4 + 12

Naxçıvan

Qışı çox sərt, yaya isə isti olan Naxçıvanda bu ayda hava soyuq olur. Mart ayında Naxçıvanın ab-havasından bizə Xalq artisti Vaqif Əsədov danışır.

Vaqif müəllim deyir ki, bu günlərdə Naxçıvanda hələ hava isinməyib, hələ də bəzi yerlərdə qar var. Çünki bütün qış bura qar yağır: “Amma soyuğa baxmayaraq həyat artıq canlanıb. Çünki qarşıdan Novruz bayramı gəlir. Hər həftə qeyd olunan çərşənbələrdə tonqallar qalanır. Lakin insanlar ilaxır çərşənbəni həvəslə gözləyir. Bu çərşənbə Novruzda daha təmtəraqlı keçir. Novruz günü imkanı olmayan evində xüsusi bayram qazanı asmasa da olar, amma ilin axır çərşənbəsinə mütləq hamı hazırlanmalıdır”.

Vaqif müəllim deyir ki, Naxçıvan nə qədər soyuq bölgə olsa da, məhz martın 21-də həmişə yazın havası duyulur, hava mülayim olur.

Naxçıvan : gecə: gündüz:

4 mart: + 3 + 11

5 mart: + 2 + 10

6 mart: + 1 + 12

7 mart: + 2 + 13

8 mart: + 0 + 12

9 mart: + 1 + 13

10 mart: + 3 + 16

Bakı: gecə: gündüz:

4 mart: + 6 + 12

5 mart: + 6 + 9

6 mart: + 5 + 9

7 mart: + 5 + 11

8 mart: + 5 + 12

9 mart: + 5 + 9

10 mart: + 8 + 10

Tarix
2017.03.09 / 16:48
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla