Yuxarı

Şirkətlər "YeloBank"dakı pullarını geri çəkdilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şirkətlər "YeloBank"dakı pullarını geri çəkdilər

Bu ilin yanvar- sentyabr aylarında "YeloBank" ASC-nin əsas maliyyə göstəricilərində azalmalar müşahidə olunub.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, banklar və digər maliyyə institutlarındakı depozitlər ötən ilin sonu ilə müqayisədə 61.16% azalaraq, 61,743.80 manatdan 23,976.91 manata düşüb. Bu, 37,766.89 manatlıq azalma deməkdir.

Eyni zamanda, banklar və digər maliyyə institutlarına verilən kreditlərdə də azalma qeydə alınıb — 11,971.80 manatdan 11,579.66 manata enib. Bu göstərici üzrə azalma 392.14 manat və ya 3.27% təşkil edir.

Hüquqi şəxslərin depozitləri üzrə də azalma müşahidə olunub. Hesabat dövründə depozitlər 197,822.07 manatdan 160,116.07 manata düşüb. Bu da faiz ifadəsində 19.06%, valyuta ilə 37 milyon 706 min manat azalma deməkdir.

Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər isə 23,080.18 manatdan 19,256.99 manata enib. Bu, 3,823.19 manat və ya 16.56% azalma deməkdir.

Bütün bu dəyişikliklərə baxmayaraq, "YeloBank" bu ilin yanvar-sentyabr aylarını xalis mənfəətlə başa vurub. Belə ki, bank 27,814.62 manat xalis mənfəət əldə edib. Lakin bu göstərici ötən ilin eyni dövrü (30,527.26) ilə müqayisədə 2,712.64 manat və ya 8.89% azdır.

Xatırladaq ki, 2025-ci ilin birinci rübü də “YeloBank” üçün uğurlu olmayıb. 2024-cü ilin ilk üç ayında “Yelo Bank” 15,479.47 min manat xalis əməliyyat mənfəəti əldə etmişdisə, 2025 –ci ilin eyni dövründə cəmi 8,951.53 min manat əməliyyat mənfəəti əldə edib. Bu da 42.15% azalma deməkdir. Dövr üzrə xalis mənfəəti 11,199.62 min manat olub. Bu, 2024 – cü ilin müvafiq dövrü ilə müqayisədə 20.71% azdı. Həmin vaxt bank 14 mln. 125.50 min manat xalis mənfəət əldə etmişdi.

Həmçinin, 2025-ci ilin ikinci rübündə 19 milyon 702 min manat mənfəət əldə edib. 2024-cü ilin eyni dövründə bu rəqəm 26 milyon manat olub. Beləliklə, bankın xalis mənfəəti illik müqayisədə 24,3% azalıb

“YeloBank” fəaliyyətinə 1994-cü ildə “Ülpər” kommersiya bankı kimi başlayıb. 2002-ci ildə bank rebrendinq edərək adını “Nikoil Bank” olaraq dəyişib. 2019-cu ildə isə yenidən rebrendinq prosesindən keçərək hazırda istifadə olunan “Yelo Bank” adını alıb. Bankın hazırda nizamnamə kapitalı 378 milyon manatdır. Bankın səhmlərinin 98,94%-i Marina Kulişovaya (Bankın Müşahidə Şürasının sədri), 0,96%-i Anar Həsənova (Bankın İdarə Heyətinin sədri), 0,1%-i isə "İSR Holdinq" MMC-yə məxsusdur.

Mediada yer alar məlumatlara görə, “YeloBank”a “Lukoil” Neft Şirkətinin prezidenti Vahid Ələkbərov nəzarət edir.

Tarix
2025.10.15 / 18:13
Müəllif
Axar.az
Digər xəbərlər

Bu sahə ilə bağlı yeni dövlət standartları qəbul olundu

103 ölkədən 569 QHT Bakı Bəyannaməsi imzaladı

Kim Çen İn İlham Əliyevi təbrik etdi

Dünya liderləri İlham Əliyevi təbrik edir

WUF13 bayraq endirmə mərasimi ilə başa çatdı

WUF13-ün bağlanış mərasimi keçirildi - Video

WUF13: Bakı estafeti bu şəhərə ötürdü

Dünya Bakıdan verilən çağırışı eşitməlidir - Rossbax

Paşinyandan Sumqayıt və Gəncə ilə bağlı iddialara cavab

Əli Əsədov MDB ölkələrinə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla