Yuxarı

Aeroport yolunda avtoşluq edən ZİL sürücüsü - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aeroport yolunda avtoşluq edən ZİL sürücüsü - Video

Ötən gün Heydər Əliyev prospektində 120 km/saat sürət rejimi olan yolda hərəkətin əks istiqamətində gedən ZİL markalı yük maşınının sürücüsü saxlanılıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (DYPİ) bölmə rəisi Vaqif Əsədovun Report-a verdiyi məlumata görə, dünən yayılan video ilə bağlı yol polisi tərəfindən araşdırma aparılıb və kamera görüntüləri nəzərdən keçirilib.

Məhkəmənin qərarı ilə sürücü Elçin Babayev 15 gün müddətinə inzibati qaydada həbs edilib. Eyni zamanda, onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

Bu gün 99 YP 314 avtopatrul maşınında xidmət aparan Bakı şəhər DYPİ-nın Yol-Patrul Xidməti Alayının polis baş serjantı Mirsəməd Seyidov həmin avtomobili sürücü ilə birlikdə Hava limanı - Binə yolunda aşkar edib. Bununla əlaqədar İdarədə araşdırma aparılaraq sənədləşdrilib.

Məlum olub ki, martın 10-da səhər saat 11.30-da Aeroport yolu ilə hərəkətin əksinə təhlükəli manevr edən və həmin yolda digər avtomobillərin hərəkətinə mane və təhükə yaradaraq hərəkət edən sürücü 1971-ci il təvəllüdlü Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində yaşayan, 5 uşaq atası Babayev Elçin Tinxan oğludur. O əməlini etiraf edib və bildirib ki, həmin vaxt sərxoş olub. Hətta bu gün məhkəmə qarşısına da içkili halda çıxıb. Bu vəziyyətdə isə öz əməlinə haqq qazandırmağa çalışıb: “İçmişəm, yaxşı eləmişəm. Gedib cəriməmi ödəyəcəyəm. Ona görə “protiv” gedirdim ki, benzinim az yansın”.

Sürücü E.Babayev Binə bələdiyyəsinin işçisi olub və kommunal təyinatlı yük avtomobilini idarə edirmiş.

Tarix
2017.03.11 / 21:54
Müəllif
Axar.az
Digər xəbərlər

Qapımız həmişə qardaş Azərbaycana açıqdır - Mirziyayeva

Azərbaycan üçün ilk: “Əbədi dostluq sazişi” nədir?

Lukaşenkodan Mehriban Əliyevaya təbrik məktubu...

Putin Mehriban Əliyevanı təbrik etdi

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla