Yuxarı

Bakıda silahlı dəstə çempiona hücum etdi: 4 yaralı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 19-da saat 21:40-da bir qrup qocu dəstəsi "Marafon" idman klubuna hücum edib.

Avropa.info-nun əldə etdiyi məlumata görə, 17 nəfərdən ibarət silahlı şəxs həmin vaxt "Marafon" idman klubunda öz qrupu ilə məşq keçən qaydasız döyüş üzrə dünya çempionu Əli Nəcəfi və onun tələbələrinə hücum ediblər.

Hücum nəticəsində zalda məşq edən 4 nəfərin ağır xəsarətlər aldığı, 10 yaşlı uşağın döyüldüyü, bir nəfərin isə qolunun kəsildiyi və çənə sümüyünün qırıldığı bildirilir.

İdman klubuna hücum edən şəxslərin “TT Fight” idman klubundan gəldikləri qeyd olunur. Məlumata görə, dünya çempionu və onun tələbələrinə hücum çəkən qoçu dəstəsinə “TT Fight”-də çalışan Ziyadxan adlı şəxs başçılıq edib.

Hadisəylə bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb və idman klubuna hücum edən şəxslərdən 4-ü həbs olunub.

Tarix
2017.03.22 / 17:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla