Yuxarı

Natəvan Dəmirçioğlunun gecəsi keçirildi - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün tanınmış yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Beynəlxalq Radiosunun şöbə müdiri, Bakı Dövlət Universitetinin müəllimi və jurnalistika üzrə ekspert Natəvan Dəmirçioğlunun İncəsənət Gimnaziyasında yaradıcılıq gecəsi keçirilib.

Kult.az xəbər verir ki, tədbirdə Milli Məclisin Mədəniyyət Komissiyasının sədr müavini Jalə Əliyeva, Bakı Dövlət Universitetinin professoru İfrat Əliyeva, xalq artisti Eldost Bayram, Azərbaycan Memarlıq və İnşaat Universitetinin kafedra müdiri, Universitet YAP Qadınlar Şurasının sədri, dosent Salatın Əhmədli və digər qonaqlar iştirak ediblər.

Şagirdlər Natəvan Dəmirçioğlunun əsərlərindən səhnəciklər göstəriblər və suallar ünvanlayıblar.
Tədbirə Qazax rayonundan Natəvan xanımın ibtidai sinif müəllimi Şərqiyə xanım, həmçinin, yazıçının tələbələri də qatılıblar.

Görüş ədibin məktəblilərə daha yaxından tanıdılmasıyla bərabər, şagirdlərin bədii ədəbiyyata, söz sənətimizə marağını artırmaq, onları mütaliəyə yaxınlaşdırmaq məqsədi daşıyıb.

Qeyd edək ki, Natəvan Dəmirçioğlunun bədii əsərləri dünyanın bir sıra dillərinə tərcümə olunub, Rusiyada, Ukraynada, Türkiyədə, Amerikada nəşr olunub. 2006-cı ildə ”Qılınc və Qələm” ədəbi mükafatıa layiq görülüb, 2010-cu ildə” İlin qadın yazıçısı” elan edilib. O, 1999-cu ildə Ulu Öndər Heydər Əliyevin imzası ilə və 2010-cu illərdə Prezident İlham Əliyevin fərmanı ilə prezident təqaüdünə layiq görülüb. Natəvan Dəmirçioğlu “Açar” romanının, "Üç nöqtə", "Səbət", "Yetim" povestlərinin, “Dözüm”,"Avey əfsanəsi", "Kəlağayı" və sair hekayələrin, yüzlərlə bədii-publisistik, elmi məqalələrin müəllifidir.

2014-cü ildə Azərbaycanlı yazıçı Natəvan Dəmirçioğlunun “Yetim” əsəri Türkiyədə “Ölmədən öncə okumanız gərəkən 1001 kitab” seryasından “İlin ən yaxşı 50 romanı" siyahısında nəşr edilib.

Tarix
2017.04.27 / 23:56
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla