Yuxarı

Modelin fotosunu çəkmək üçün getdi, şəlalədə öldü - Zaqatalada faciə

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Modelin fotosunu çəkmək üçün getdi, şəlalədə öldü - Zaqatalada faciə

Bir neçə gün öncə Zaqatalanın Katex çayında batan 1991-ci il təvəllüdlü Ədilxan Nuriyevin ölüm səbəbi bəlli olub.

Axar.az azxəbər.com-a istinadən xəbər verir ki, gənc fotoqraf olan Ə.Nuriyev "Şəlalə" adlanan ərazidə model xanımlardan birinin fotosessiyasını edirmiş. Model qızın şəkillərini çəkən Ə.Nuriyev daha sonra üzmək üçün suya girib. Bu zaman o, qızın gözlərinin önündə boğulub.

Məlumata görə, xanım model heç kimdən kömək ala bilmədiyi üçün bir gecə meşədə gecələmək məcburiyyətində qalıb. Bir gün sonra isə xilasedicilər hadisə yerinə gəliblər. Onlar bir neçə saatlıq axtarışlardan sonra meyiti quruya çıxartmağa nail olublar.

Hadisədən sonra dövlət qoruğu hesab olunan şəlalə vətəndaşların ziyarətinə qapadılıb. Artıq bir neçə gündür ki, əraziyə heç kim buraxılmır.

Qeyd edək ki, Ədilxan Nuriyev fəaliyyəti dayandırılmış "Aygün” televiziyasının rəhbəri Nəzirxan Nuriyevin oğludur.

Tarix
2017.09.04 / 12:48
Müəllif
Axar.az
Digər xəbərlər

Bu veteranlar təltif olundu - Foto

Bu şəxslərə xoş xəbər - Qərar

"İçərişəhər"dəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla