Yuxarı

Türk millət vəkilləri Manisada Bakı üçün toplandı - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

21:12

Bu dəqiqələrdə Türkiyənin şahzadələr şəhəri Manisada, Süleyman Dəmirəl Mədəniyyət Mərkəzində Azərbaycanın Müstəqillik Həftəsi çərçivəsində Bəxtiyar Vahabzadə və Abdurrahim Qarakoça həsr edilən mərasim keçirilir.

Axar.az xəbər verir ki, Azərbaycandan millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi nümayəndə heyətinin də qatıldığı törən qardaş ölkələrin milli marşları ilə başladı.

Türkiyənin teatr və kino sənətçisi Əhməd Yenilməzin idarə etdiyi törəni Manisa millət vəkili, AKP sədrinin yardımçısı Səlcuq Özdağ açdı. Azərbaycana böyük sevgisini ifadə edən Özdağ Türkiyə və Azərbaycanın müstəqillik savaşından danışdı.

Daha sonra Necdət Ünü də daxil olmaqla digər millət vəkilləri, həmçinin Qənirə Paşayeva çıxış edib, Bəxtiyar Vahabzadə yaradıcılığını müstəqillik tarixinin bir parçası olaraq təqdim etdilər.

***

Mərasimdə türkiyəli və azərbaycanlı sənətçilər də iştirak edir.

Gülyanaq və Gülyaz Məmmədova bacılarının ifasının ardınca türkiyəli Səhər Çağatay səhnəyə çıxıb.

Gecəyə Azərbaycandan şairlər də dəvət edilib.

"TRT Avaz" tədbiri canlı yayımlayır.

Törən davam edir...

Tarix
2017.10.21 / 21:28
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla