Yuxarı

Eldəniz Zeynalov son məktubunda nə yazmışdı? - Axar TV

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Unudulmaz aktyor Eldəniz Zeynalov 1937-ci il yanvarın 1-də anadan olub. Dayısı Həsənağa Salayevin oynadığı rolların sehrinə düşərək aktyorluq sənətini seçən gənc Eldənizin yaratdığı obrazlar maraqla qarşılanır və o, getdikcə parlayır.

Aktyorun həyatı ilə bağlı bir maraqlı fakt da onun adını xalq şairi Səməd Vurğunun qoymasıdır. Oğlu Elbrus Zeynalov müsahibələrin birində bu faktı təsdiqləyir:

“Səməd Vurğun babamgillə qonşu olan dostu Abdulla Şaiqin evinə tez-tez gəlib-gedərmiş. Yeni il qabağı yenə yığışıblar. Həmin vaxt xəbər gəlib ki, qonşu Məmməd kişinin oğlu olub. Səməd Vurğun deyib ki, mən onun adını Eldəniz qoyuram”.

Onun kinoda ilk böyük rolu “Bir cənub şəhərində” filmindəki Tofiq obrazı olub. Elə yaratdığı obrazlar arasında da ən çox sevdiyi məhz Tofiq idi.

O həmçinin “Əhməd haradadır?” filmində rəngsaz Əhməd, “O qızı tapın”da Səyavuş, “Mən nəğmə qoşuram”da sədr, “Bizim Cəbiş müəllim”də alverçi Qulam, “Yeddi oğul istərəm”də kəndli Kazım, “Yol əhvalatı”nda şikayətçi kimi yadımızda qalıb.

Anası danışırmış ki, Eldəniz qardaşlarından kaprizli, az yeyən və dəcəl olub. Yeməyin dərdindən qabındakı küftələri qardaşlarına pulla satarmış. Aldığı pula isə səhəri gün uşaq tamaşasına qardaşları üçün bilet alıb gətirirmiş.

Sənətkarın oğlu Elbrus Zeynalov atasını belə xatırlayır:

“Atam çox zarafatcıl, yumoru sevən insan idi. Kədərini də zarafata çevirirdi. Münaqişə sevən adam deyildi, küsülü qalmağı xoşlamazdı. Heç başqalarının da küsülü qalmasına imkan vermirdi. O qədər ailələr olub ki, ayrılmaq ərəfəsində atam onları barışdırıb. Daxilən həlim insan idi, amma əsəbiləşməyi də vardı. Bir sözünü iki eləməyimizdən xoşu gəlmirdi. O dəqiqə hirslənirdi. Elə biz də onunla hər zaman pərdəli dolanırdıq. Tələbkar insan idi”.

Sənətkarın yaşadığı xoşagəlməz bir olay sonradan onun həyatı bahasına başa gəlir. Eldəniz müəllim bir gün Arif Quliyevlə rayonlara qastrola çıxır. Rayonda konsertdən əvvəl oturub yeyib-içirlər. Pilləkənləri düşəndə Eldəniz Zeynalovun ayağı burxulur və o yerə yıxılır. Aktyor 53 gün travmatologiyada yatır. Evə buraxılanda isə onun vəziyyəti yaxşı deyildi. Sınmış ayaq düzəlmirdi. Yataq vəziyyətində qalmaq aktyorun psixoloji durumuna, ürəyinə, qan təzyiqinə də təsirsiz ötüşmür. Həkimlər aktyorun ayağını əməliyyat etməli olurlar. Əməliyyatdan sonra Eldəniz Zeynalov iki ay evdə huşsuz vəziyyətdə yatır və 2003-cü il noyabrın 5-də 64 yaşında vəfat edir.

Sonradan yastığının altından sənət dostu Telman Adıgözəlova və yaxın dostu Mikayıl Mirzəyə ünvanladığı məktub çıxır. Məktubda “Mən olmayandan sonra balalarımı sizə əmanət edirəm” yazılmışdı.

Tarix
2017.11.17 / 17:49
Müəllif
Ülkər, Ömər
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla