Yuxarı

2017-də itirdiyimiz tanınmışlar

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Başa çatmasına sayılı günlər qalan 2017-ci il itkilərimizlə də yaddaşlara köçməkdədir.

Kult.az xəbər verir ki, 2017-ci ildə medianın gözləmədiyi ölümlər də var. Bunlardan biri həm gənc yazar kimi tanınıb-sevilən, həm də Teleqraf.com saytının əməkdaşı olan Mövlud Mövluddur. 1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlu 16 mart tarixində 17 mərtəbəli binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar etmişdi.

Digər itkimiz isə Natiq Qədimov oldu. Keçmiş ANS telekanalından məşhurlaşan, APA TV-nin əməkdaşı olan 41 yaşlı həmkarımız 22 noyabr tarixində ailəsi ilə birgə futbol izləyərkən qəfildən dünyasını dəyişib. Onun infark keçirdiyi məlum olub.

Aprel ayında isə futbol oynamaq üçün stadiona gedən həmkarımız Ülvi Musayev dünyasını dəyişmişdi. 1993-cü il təvəllüdlü Ü.Musayev elə futbol meydançasında canını tapşırmışdı. Gərgin oyun ərəfəsində gəncin ürəyi fiziki yükə dözməmişdi.

2017-ci ildə itirdiyimiz tanınmışlardan biri Energetika naziri Natiq Əliyev oldu. Nazirimiz 9 iyunda İstanbulda dünyasını dəyişdi.

Xalq artisti Qəndab Quliyeva da bu il dünyasını dəyişən məşhurlardandır. Ürək çatışmazlığı və xroniki böyrək çatışmazlığı diaqnozu qoyulan xalq artisti 10 gün xəstəxanada qaldıqdan sonra iyunun 26-da xəstəxanadan evə aparılarkən yolda vəfat etmişdi.

Həmçinin əməkdar artist Telman Əliyev də bu il ürək çatışmazlığından dünyasını dəyişib.

Bu il əbədi olaraq itirdiklərimizdən biri də dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis nəzəriyyənin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə oldu. Sentyabrın 6-da Kaliforniya vaxti ilə səhər saat 7:30 radələrində dünyasını dəyişən alim dəfn üçün Bakıya gətirildi və burada dəfn olundu.

Məşhur və sevilən diktor, xalq artisti Rafiq Hüseynov da 2017-ci ildə dünyadan köçdü. Ağciyər xərçəngindən əziyyət çəkən diktor daha əvvəl Türkiyədə əməliyyat olunub, kimyaterapiya müalicəsi alıb. Sonradan müalicə üçün Almaniyaya aparılan xalq artisti 26 oktyabrda dünyaya əlvida dedi.

Bu il dünyasını dəyişənlərdən biri də Azərbaycanın əməkdar incəsənət xadimi Ədalət Nəsibov oldu. Bir müddət yataq xəstəsi olan 78 yaşlı Aşıq Ədalət 14 sentyabr tarixində dünyadan köçüb.

Məşhur meyxana ustası Bayram Kürdəxanılı da 2017-ci ildə dünyadan köçənlərdəndir. 23 avqust tarixində Kürdəxanı qəsəbəsində yolu keçərkən onu avtomobil vurub. Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Tarix
2017.12.25 / 08:45
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla