Yuxarı

Avtobusla piyadanı vurub öldürən sürücü tutuldu - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il sərnişin avtobusu ilə piyadanı vurub qaçan sürücü saxlanılıb.

Xəzər xəbər-in məlumatına görə, piyadanın ölümü ilə nəticələnən hadisə ötən ilin dekabrın 30-da gecə saatlarında paytaxtın Qaradağ rayonunda baş verib. Polisə məlumat daxil olub ki, Lökbatan-Xocahəsən yolunda Bakı şəhər sakini Qiyas Abbasovu naməlum avtomobil vurub. Hadisə yerinə gələn polis müəyyən edib ki, piyada elə hadisə yerindəcə ölüb.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən 206 saylı xətt marşrutu ilə hərəkət edən sərnişin avtobusunun sürücüsü Əlipənah Mehrəliyev saxlanılıb.

Qeyd edək ki, hadisədən sonra sürücü izi itirmək məqsədi ilə avtobusun qırılan alın şüşəsini və nəqliyyat vasitəsinin qabaq işıqlarını təmir etdirmək istəyən zaman polislər tərəfindən tutulub.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Tarix
2018.01.11 / 00:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla