Yuxarı

Ağdamda top mərmiləri aşkarlandı - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 13-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən və Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam rayonunun Quzanlı qəsəbəsində dörd mərminin tapılması barədə məlumat daxil olub.

Bu barədə Axar.az-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) bildirilib. Məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə su kanalına baxış keçirilib, aparılan təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində dörd partlamamış hərbi sursat (3 ədəd 100 millimetrlik və bir ədəd 122 millimetrlik top mərmiləri) aşkar olunub. Həmin sursatlar zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkarlanmış mərmilərin ətrafında 100 kvadratmetr əraziyə yerüstü baxış keçirilib. Əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Ümumilikdə agentlik tərəfindən yanvarın 1-dən 13-dək Ağstafa, Ağdam, Tərtər və Lənkəran rayonlarında iki ev və həyətyanı sahəyə, bir əkin sahəsinə, su kanalına və bazar ərazisinə baxış keçirilib. Yeddi partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib, 6120 kvadratmetr ərazi yoxlanılıb.

Tarix
2018.01.13 / 22:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla