Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Fevral 2019


Generalın xanımı əxlaqsız şagirddən danışdı: Nəvəm...

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər çıxandan telefonlarımız susmur. Belə bir məlumatı paylaşmaq, yazmaq ayıbdır. Həmin məktəbli Dadaş Rzayevin nəvəsi deyil.

Kult.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında sabiq müdafiə naziri, general Dadaş Rzayevin xanımı Ayişə Rzayeva deyib.

Ayişə Rzayeva bu gün Bakıda məktəbdə intim görüntüsü yayılan şagirdin Dadaş Rzayevin nəvəsi olması barədə yayılan xəbərləri təxribat adlandırıb.

Dadaş Rzayevin nəvələrinin hazırda Azərbaycanda olmadığını deyən Ayişə Rzayeva qeyd edib ki, bu hadisədən sonra özü və yaxınları narahatlıq keçiriblər: "Bütün qohumlar, yaxınlar zəng edir ki, bu nə xəbərdir? Belə bir generala qarşı bu cür hərəkət olarmı? Dəqiqləşdirilməmiş məlumatı yaymaq nə qədər doğrudur? Nüfuzlu bir generalın adına ləkə gətirmək, şəklini qoyub, nə gəldi yazmaq kimlərin marağında ola bilər?"

Ayişə Rzayeva generalın bu məlumatlardan xəbərsiz olduğunu, səhhəti ilə bağlı ondan gizlətdiklərini söyləyib: "Dadaş müəllim insult keçirib. Belə bir vaxtda onun haqqında yalan və ayıb məlumatlar yayılması ona çox pis təsir edəcək. Bu barədə ona qəti olaraq məlumat verməmişik. Çalışıram ki, xəbər tutmasın".

Generalın xanımı qalmaqal baş verən məktəbdə heç bir qohumunun təhsil almadığını da söyləyib: "Ölkədə minlərlə Rzayev var. Hər Rzayevi gətirib Dadaş Rzayevlə bağlamaq olmaz axı".

Qeyd edək ki, Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində 11-ci sinifdə oxuyan R.C. 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında cinsi əlaqədə olub və bunu telefona çəkərək sosial şəbəkələrdə yayıb.

Baş vermiş hadisə ilə bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb. Səbayıl Məhkəməsinin qərarı ilə R.C. barəsində həbs qətimkan tədbiri seçilib.

Qalmaqalda adı keçən 11-ci sinif şagirdinin Azərbaycanın sabiq müdafiə naziri Dadaş Rzayevin nəvəsi olması barədə xəbəri yerli saytlar yayıb.

Tarix
2018.02.10 / 23:01
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Gənc yazıçı vəfat etdi - Səbəb

Nəsimi ilə bağlı daha bir addım – 12 apreldə

Kadrarxası: Fuad Poladovun “Tanqo” rəqsi - Video

Vasim Məmmədəliyev Hacı Şahinlə əvəzləndi

A gədə, silin onu, biabır oldum – Mirzə Cəlil

Kürdəmirdə faciə: 19 yaşlı ana doğuş zamanı öldü

Azərbaycanda dəhşətli qəza: yaralı sayı 42-yə çatdı - Foto

Mal-qaraya qənim kəsilən canavarlar - Foto

Diqqət: 7 min avro qazana bilərsiniz – Foto

Venesuela rəsmisi Kamal Abdulla ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla