Yuxarı

Konfransın vaxtı dəyişdirildi: 25-29 aprel

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda V beynəlxalq elmi konfransın vaxtı dəyişdirilib.

Kult.az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun şöbə müdiri Nazim Xəlilov bildirib.

Onun sözlərinə görə, beynəlxalq konfrans aprelin 25-dən 29-dək Tarix İnstitutu, Türkiyənin Azərbaycandakı səfirliyi və Türkiyənin Atatürk Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək.

O bildirib: "Beynəlxalq konfransın “XX əsrdə Azərbaycan xalqına qarşı soyqırımları”, “1914-1920-ci illərdə Şərqi Anadolu, Urmiya, Salmas, Xoy bölgələrində türk-müsəlman əhaliyə qarşı soyqırımları” və “XX əsrdə Qafqaz, Volqaboyu və Mərkəzi Asiya xalqlarına qarşı soyqırımları və deportasiyalar” bölmələrində məruzələr dinləniləcək.

Konfransın materialları çap olunacaq və iştirakçılara paylanılacaq. Məqalələr kodlaşdırılmalı (Azərbaycan, rus və ingilis dillərində açar sözlər, rus və ingilis dillərində xülasələrlə birlikdə) və fevralın 28-dək təşkilat komitəsinə göndərilməlidir".

Xatırladaq ki, bundan əvvəl beynəlxalq konfransın aprelin 11-15-də keçirilməsi nəzərdə tutulmuşdu.

Tarix
2018.02.15 / 11:01
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla