Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Aprel 2019


Əliyevin qələbə konsertinə rəqibləri qatılardımı? – Sorğu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda keçirilən prezident seçkilərində İlham Əliyevin inamlı qələbə qazanması münasibətilə aprelin 12-də Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda möhtəşəm konsert proqramı təşkil olunub. Prezident İlham Əliyevin seçkidən dərhal sonra xalqa müraciəti, səhərisi gün isə qələbəni bayram edən fəallara ailəsi ilə birgə qoşulması cəmiyyətdə böyük maraqla qarşılanıb.

Görəsən, prezidentliyə namizədlər Azərbaycan adına yeni seçki mədəniyyəti olan bu tədbirdə iştirak edərdilərmi?

Azərbaycan Demokrat Partiyasının lideri, prezidentliyə namizəd Sərdar Məmmədov Kult.az-a bildirib ki, tədbirdən xəbəri olmayıb:

“Biz seçkilərdə İlham Əliyevin rəqibləri idik. Biz məğlub olmuşuq, gedib öz məğlubiyyətimizin bayramında iştirak etməli deyilik. Hər hansı bir dövlət tədbiri olsa və bizi dəvət etsələr, bu, ayrı məsələdir. Amma o tədbir İlham Əliyevin tərəfdarlarının qələbəsinin təntənəsidir. Bizim orda işimiz yoxdur”.

AXCP sədri Razi Nurullayev də tədbirdən xəbərsiz olduğunu deyib:

“Bu haqda indi mətbuatda oxudum. Əgər bir tədbir artıq sona çatıbsa, artıq bu haqda danışmaq mənasızdır”.

Müasir Müsavat Partiyasının sədri, prezident seçkilərində namizəd olmuş Hafiz Hacıyevin səlahiyyətli nümayəndəsi Könül İsmayılova isə bildirib ki, İlham Əliyevi, Azərbaycanı sevən hər kəs belə tədbirlərə dəvətsiz getməlidir:

“Mən həmin konsertə dəvətli idim, amma təəssüf ki, işlərin çoxluğundan, vaxt azlığından iştirak edə bilmədim. Amma belə qələbəyə dəvət lazım deyil. Biz partiya olaraq qələbəyə sevinirik. Çünki İlham Əliyevin qələbəsi dövlət üçün də, bizim partiya üçün də qələbədir. Bu bizim gözlədiyimiz nəticə idi”.

Tarix
2018.04.13 / 17:02
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
loading...
Digər xəbərlər

Yuxarı mərtəbədən atılan siqaret yanğına səbəb oldu

Şəmkirdə ağır qəza: 1 ölü, 3 yaralı - Foto

Ev sahibini öldürüb, mülkünü saxta sənədlə satdı

Bakıda ağac kəsən 2960 manat cərimə edildi

Rüfət və Rəşad məhkəməyə gəlmədi

Azərbaycan Qran Prisi zamanı himnimizi onlar səsləndirəcək

17 yaşlı Yasin 56 min dollar təqaüd alacaq? - Atası danışdı

“Bölgələrdən Bölgələrə” cəbhə bölgəsində - Foto

Bu geyimlər xərçəng yaradır - Şok faktlar

XİN-nin həbs edilən əməkdaşları azadlığa buraxıldı - Yeniləndi

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla