Yuxarı

SSRİ-də bunu ilk dəfə Heydər Əliyev etdi - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə “Hüseyn Cavid irsi və müasir dövr” mövzusunda konfrans keçirilib.

Kult.az xəbər verir ki, konfransda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin milli olduğu qədər, bəşəri sənətkar olduğunu deyib.

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının professoru, Cavidşünas Cəlal Qasımov əsərlərində bəşəri ideyalara, türkçülüyə geniş yer verən Hüseyn Cavid yaradıcılığının öyrənilməsində onun qızı Turan Cavidin göstərdiyi əvəzsiz xidmətlərdən danışıb.

ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla deyib ki, Hüseyn Cavid hər bir azərbaycanlının yaxın şairi olmaqla yanaşı, doğma insanıdır. Kamal Abdulla “Cavidə məhəbbətlə” adı altında nəşr edilən üçcildlik haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. O qeyd edib ki, 1982-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə şairin cəsədinin Sibirdən gətirilməsi yalnız bir şairin cəsədinin vətənə gətirilməsi deyil, eyni zamanda Azərbaycan ziyalıları qarşısında əqidəyə, dünyagörüşə yaşıl işığın yandırılması demək idi:

“Bu hadisə repressiya olan ölkələrin heç birində baş verməmişdi və ilk dəfə olaraq SSRİ məkanında ümumilli lider Heydər Əliyev tərəfindən həyata keçirildi”.

Sonda Hüseyn Cavidin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tarix
2018.04.25 / 16:22
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla