Yuxarı

Prezidentin fotosunda müzakirələrə yol açan - Detal

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün Bakı Metropoliteninin “Sahil” stansiyasının açılışını etməsi, stansiyanın fəaliyyətə başlaması ictimaiyyətdə məmnunluqla qarşılanıb.

Kult.az xəbər verir ki, “Sahil” stansiyasının açılışından paylaşılan fotoda diqqətçəkən detallardan biri də divarlardakı bannerlərə yazılmış hikmətli kəlamlardır.

Sosial şəbəkə istifadəçiləri stansiyanın divarlarında Həzrət Əlinin “Övladlarınızı dövrünüz üçün deyil, onların dövrü üçün yetişdirin” və görkəmli filosof, astronom Nəsirəddin Tusinin “Uşağa gözəl ad qoymaq lazımdır ki, həyat boyu xəcalət çəkməsin” aforizmlərinə yer verilməsini təqdir ediblər. Onlar bu cür maarifləndirici bannerlərin olmasını yüksək qiymətləndiriblər.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Metropoliteninin “Sahil” stansiyasının əsaslı təmir və yenidənqurmadan sonra açılışını edib. Stansiya 2017-ci ilin avqustunda təmir işləri ilə əlaqədar bağlanmışdı.

Tarix
2018.06.07 / 16:54
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla