Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 İyun 2018


Bu şəxslərə 5 min mükafat verilir

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Adlı mükafatları sahiblərinə təqdim olunub.

Kult.az xəbər verir ki, yarımkeçiricilərdə elektrik keçirmə mexanizminin aktual problemlərinə həsr olunan fundamental elmi tədqiqatlarına, nadir torpaq elementləri ilə aktivləşdirilmiş birləşmələr əsasında effektiv rəngli lümenessent şüalanma mənbələrinin tədqiqinə verdiyi mühüm töhfələrə görə akademik Bahadur Tağıyevə AMEA-nın Nəsirəddin Tusi adına mükafatı verilib.

Eyni zamanda biomüxtəliflik üzrə müasir elm sahələrində uzunmüddətli silsilə tədqiqatlarla əldə etdiyi mühüm elmi nailiyyətlərə və yüksəkixtisaslı kadrların hazırlanmasındakı xidmətlərinə görə AMEA-nın müxbir üzvü Zeynal Əkpərov AMEA-nın Həsən bəy Zərdabi adına, qeyri-kovalent əlaqələrin, "dopinq" və "spayder" effektlərinin zərif üzvi sintez reaksiyalarında və molekulların dizaynında rolunun müəyyən edilməsində, aktiv nano quruluşların sintezi, müxtəlif mühitlərdə stabilləşdirməsi və tətbiqi sahəsində tədqiqatlara görə akademik Abel Məhərrəmov AMEA-nın akademik Yusif Məmmədəliyev adına mükafata layiq görülüb.

Bundan əlavə, xalq rəssamı Tahir Salahova Azərbaycan incəsənətində böyük xidmətlərinə görə AMEA-nın Üzeyir Hacıbəyli adına, geologiya-mineralogiya üzrə elmlər doktoru Adil Əliyevə Azərbaycanda palçıq vulkanizmi sahəsində fundamental tədqiqatların inkişafına verdiyi mühüm töhfələrə görə AMEA-nın akademik Musa Əliyev adına, akademik Nailə Vəlixanlıya isə Azərbaycan qədim dövr tarixinin tədqiqi və təbliğində xidmətlərinə görə AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatı təqdim olunub.

Qaliblərin hər birinə 5 min manat məbləğində pul mükafatı veriləcək.

Tarix
2018.06.08 / 13:13
Müəllif
Kult.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Şirvanda “zek” qətlə yetirildi

Oğuzda zəlzələ: Şəkidən 14 kilometr şərqdə

Qəzada huşunu itirdi, velisopedi oğurlandı - Bakıda

Məşhur veriliş iştirakçısının meyiti tapıldı - Foto

19 il əvvəl 36 polisi öldürən şəxs həbs edildi

Musiqi kollecinin direktoru qəzaya düşdü - Foto

Tülküyə işgəncə verib, videosunu yaydı: Nazirlik isə...

“Gözlətdin” radiomuzun növbəti buraxılışında - Video

Makron Yelisey sarayında diskoteka təşkil etdi - Video

Nobelli yazar: “Bakı kasıb şəhər idi” - Video

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla