Yuxarı

İlham Rəhimovdan “Ölməz ölüm cəzası” - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun Sankt-Peterburqun “Юридический центр” nəşriyyatı tərəfindən rus dilində çapdan çıxmış “Бессмертная смертная казнь” (“Ölməz ölüm cəzası”) adlı növbəti kitabı Azərbaycan dilinə tərcümə edilib.

Kult.az xəbər verir ki, kitab Bakı şəhərində, "Şərq-Qərb” Nəşriyyat Evi tərəfindən çap edilib.

Azərbaycan dilinə tərcümə olunmuş əsərdə cinayət və cəzanın mahiyyəti, o cümlədən ölüm cəzası haqqında müəllifin “Cinayət və cəzanın fəlsəfəsi” (2013), “Cəzanın əxlaqiliyi haqqında” ( 2016) adlı kitablarında əksini tapmış düşüncələrinin davamıdır.

Əvvəlki əsərlərdə İ.Rəhimov əsasən cəzanın, habelə ölüm cəzasının fəlsəfi mahiyyətindən bəhs etmişdisə, bu kitabda həmin məsələlər çoxfunksiyalı problem kimi nəzərdən keçirilir, tarixi, dini, fəlsəfi, sosioloji, psixoloji amillər konteksində tədqiq edilir.

Adından da göründüyü kimi, kitab bəşər tarixində qədim və mübahisəli cəza növü olan edam cəzasına həsr edilib. Müəllif oxucuya ölüm cəzası fenomeni ilə bağlı yalnız öz mühakimələri ilə deyil, həmçinin elmi ədəbiyyatlarda mövcud olan müxtəlif rəylərlə tanış olmaq imkanı verir. Belə yanaşma hər bir oxucuya aşağıdakı suala cavab vermək imkanı yaradır: ölüm cəzası olsun, olmasın?

Kitab ali məktəblərin tələbələri, doktorant və müəllimləri, hüquq mühafizə orqanlarının əməkdaşları, cinayət hüququ sahəsində ixtisaslaşan nəzəriyyəçilər, təcrübi işçilər, həmçinin filosoflar, tarixçilər, sosioloqlar, psixoloqlar, eyni zamanda cinayət və cəza problemləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Tarix
2018.06.08 / 14:45
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla