Yuxarı

Sirr açıldı: Alov Qüllələrində “erməni bayrağı”? - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Bakıda işığın verilməsində yaranmış fasilə və xətlərdəki gərginlik paytaxtın bəzəyi Alov Qüllələrinə də sirayət edib.

Kult.az xəbər verir ki, qüllələrdən birində texniki nasazlıq səbəbindən yaranmış görüntü sosial şəbəkələrdə heç bir əsası olmayan müzakirələrə yol açıb. Bəzi sosial şəbəkə istifadəçiləri nasazlıq ucbatından yaranmış görüntünün Ermənistan bayrağı olduğunu iddia edərək, bunu düşmən ölkənin təxribatı kimi təqdim etməyə çalışıb.

Lakin qısa müddətdən sonra bu iddianın əsassız, absurd olduğu sübuta yetirilib. Belə ki, Alov Qüllələrinin həmin vaxt çəkilmiş videosundan görünür ki, qüllənin ortasındakı göy zolaqlar görüntü dəyişəndən sonra da olduğu kimi qalır. Yəni qüllədə Azərbaycan bayrağı yelləyən siluet əks olunanda da həmin göy zolaq olduğu yerdə qalır. Bu isə sözügedən göy zolağın sırf texniki nasazlıq səbəbindən yarandığı, meydana çıxan və erməni bayrağına oxşadılan görüntünün də adi bir təsadüf olduğunu təsdiqləyir.

Digər tərəfdən, sözügedən “bayrağ”ın qüllənin sadəcə birində əks olunması bunun təsadüf olmasına heç bir şübhə yeri qoymur.

Təəssüf ki, bəzi vətəndaşlarımız bu mümkün təsadüfü düşmən ölkəyə sərf edəcək prizmadan tirajlayıblar və onların yol verdiyi bu xəta artıq erməni mediasında tirajlanmaqdadır.

“Fairmont Baku Flame Towers” məsələ ilə bağlı ictimaiyyətə rəsmi açıqlama veriləcəyini bildirib.

Tarix
2018.07.04 / 11:57
Müəllif
Aqşin
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla