Yuxarı

Rəssamımızın əsəri əsasında Türkiyədə sikkə buraxıldı - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Xəzinəsinin əskinas çap etmə və sikkə kəsmə İdarəsi Osmanlı dövründə dəniz qüvvələri komandanlarından Oruc Rəisin xatirəsini əbədiləşdirmək məqsədi ilə 20 türk lirəsi dəyərində gümüş xatirə sikkəsi buraxıb.

APA-nın məlumatına görə, gümüş sikkə İstanbuldakı əskinas çap etmə və sikkə kəsmə İdarəsi tərəfindən kəsilib. Oruc Rəis gümüş sikkəsi İstanbuldakı Yedditəpə universitetinin azərbaycanlı müəllimi, professor Rafiq Əzizin İstanbuldakı Dəniz muzeyində saxlanılan Oruc Rəis adlı tablosunun eskizi əsasında buraxılıb. Professor Rafiq Əziz açıqlamasında deyib ki, bu, onun altıncı əsərinin eskizi əsasında dizayn edilərək buraxılan sikkədir:

”Sikkənin eskizinin yağlıboya orijinalı İstanbulun Beşiktaş rayonunda yerləşən Dəniz muzeyindədir. Bundan əvvəl isə UNESCO-nun mənim 3 əsərimi Türkiyəyə tövsiyə etməsindən sonra Xəzinə gümüş xatirə pulları buraxıb. Bu şəkildə əməkdaşlığı davam etdirəcəyik”.

Qeyd edək ki, 2017-ci ildə Türkiyə Xəzinəsinin İstanbuldakı əskinas çap etmə və pul kəsmə İdarəsi professor Rafiq Əzizin yağlıboya tablosunun eskizi əsasında Türk dənizçilik tarixinin məşhur komandanı Piri Rəisin adına gümüş xatirə pulu buraxıb. Türkiyənin Dəniz və Hava qüvvələri komandanlıqları ilə yaxından əməkdaşlıq edən professor Rafiq Əzizin adı çəkilən hərbi qurumların sənət muzeylərində 150-dən artıq rəsm əsəri var.

Tarix
2018.07.23 / 08:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq

Sülhməramlılar Laçından Ermənistana keçdi - Video

İranlı nazir Azərbaycana gəlir

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... - Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla