Yuxarı

Gömrükdən xüsusi maddə keçirilməsinin qarşısı alındı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gömrükdən xüsusi maddə keçirilməsinin qarşısı alındı

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Moskva-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşının baqajına rentgen cihazıyla baxış keçirərkən, plastik qabların içərisindəki maddənin təsviri şübhə doğurub. Bu səbəbdən vətəndaş saxlanılıb və onun yükü təkrar yoxlanılıb.

Komitədən Axar.az-a verilən məlumata görə, nəticədə vətəndaşa məxsus karton qutunun içərisində əvvəlcədən gömrük nəzarətinə təqdim olunmamış, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan edilməmiş 5 ədəd - hər birinin təmiz çəkisi 100 qram olan və üzərində "Калий марганцевокислый" sözləri yazılmış plastik qablarda tünd bənövşəyi rəngli kristal formasında maddə aşkar olunub.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin arayışına əsasən, ümumi təmiz çəkisi 500 qram olan həmin maddə kalium permanqanatdır və "Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların IV Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2018.12.25 / 21:30
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla