Yuxarı

Tofiq Tağızadə 100-cü ildönümündə anıldı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 7-də – Azərbaycan kino sənətinin inkişafında böyük xidmətləri olan rejissor, Xalq artisti Tofiq Tağızadənin (1919-1998) anadan olmasının 100-cü ildönümündə kino ictimaiyyətinin nümayəndələri II Fəxri xiyabana gələrək sənətkarın məzarını ziyarət ediblər. Məzar önünə tər çiçək dəstələri qoyulub, görkəmli kino xadiminin xatirəsi ehtiramla yad olunub.

Kult.az xəbər verir ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova Tofiq Tağızadənin 100 illiyi ilə bağlı Prezident İlham Əliyevin sərəncam imzaladığını diqqətə çatdırıb. Onun sözlərinə görə, il ərzində yubiley geniş şəkildə, müxtəlif tədbirlərlə qeyd olunacaq.

Şəfiqə Məmmədova sənətkarın həyat və yaradıcılığından söz açaraq bildirib ki, Tofiq Tağızadə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinorejissorluq fakültəsini bitirdikdən sonra “Azərbaycanfilm” Kinostudiyasında fəaliyyətə başlayıb, quruluş verdiyi ekran əsərləri ilə milli kino tariximizi zənginləşdirib. Ömrünün 40 ildən çox dövrünü kinoda keçirən Tofiq Tağızadə çəkdiyi bütün filmlərdə özünü professional rejissor kimi təsdiq edib.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının direktoru Müşfiq Hətəmov qeyd edib ki, Tofiq Tağızadə dünya kinematoqrafiyasının mütərəqqi təcrübəsindən yaradıcı şəkildə bəhrələnərək özünəməxsus dəst-xətti ilə Azərbaycan kino sənətinə mühüm yeniliklər gətirib. Onun filmlərinin hər birinin öz maraqlı süjeti var, rejissorun mövzulara özünəməxsus yanaşma tərzi isə milli kinoya yeni üslub və nəfəs gətirib.

Direktor onu da bildirib ki, kinostudiyada çalışmış görkəmli sənətkarların yaradıcılıq otaqlarının açılması istiqamətində iş aparılır:

“Vaxtilə çalışdıqları otaqlara onların adı veriləcək, orada onlara məxsus əşyalar qoyulacaq. Ötən il Rasim Ocaqovun adına belə bir otaq yaradılmışdı. Yaxın vaxtlarda Tofiq Tağızadənin də yaradıcılıq otağı açılacaq”.

Xalq artistləri – kinorejissorlar Eldar Quliyev, Oqtay Mirqasımov, aktyor, rejissor Əbdül Mahmudov və başqaları çıxış edərək Tofiq Tağızadə ilə bağlı xatirələrini bölüşüblər. Qeyd olunub ki, sənətkarın yüksək estetik meyarlarla xalqımızın mədəni, mənəvi irsini canlandıran və müasirlərinin həyatını dolğun əks etdirən rəngarəng mövzulu silsilə ekran əsərləri, o cümlədən “Uzaq sahillərdə”, “Arşın mal alan” (1965), “Yeddi oğul istərəm”, “Dədə Qorqud” kimi filmləri Azərbaycan kinosunun qızıl fonduna daxil olmuş parlaq sənət nümunələridir. Tofiq Tağızadənin respublikada kino işinin təşkili və kadr hazırlığı sahəsində də təqdirəlayiq xidmətləri var.

Sonda çıxış edən rejissorun qızı – Xalq artisti İranə Tağızadə atasının xatirəsinə göstərilən yüksək ehtirama görə minnətdarlığını bildirib.

Tarix
2019.02.07 / 16:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla