Yuxarı

Venesuela rəsmisi Kamal Abdulla ilə görüşdü - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Venesuelanın xarici işlər nazirinin Asiya, Yaxın Şərq, Okeaniya üzrə müavini Ruben Dario Molina ilə görüşüb.

Kult.az xəbər verir ki, K.Abdulla Venesuelada baş verən xoşagəlməz hadisələrə görə məyusluğunu ifadə edib və bu çətin vəziyyətdən ölkənin məsuliyyətlə, ləyaqətlə çıxacağına inandığını deyib.

Azərbaycanın Cənubi Qafqaz regionunda Venesuelanın sadiq dostlarından biri olduğunu söyləyən rektor dil və mədəniyyətlərin öyrənilməsi istiqamətində Azərbaycan və Venesuela arasındakı əlaqələrin inkişaf etdirilməsi məqsədilə Müştərək komissiyanın yaradılması ideyasından söz açıb.

Rektor ADU-da həyata keçirilən “Səfir saatı” layihəsi haqqında məlumat verərək universitetin müəllim və tələbələri ilə görüşmək üçün qonağı layihədə iştirak etməyə dəvət edib.

Daha sonra R.D. Molina səmimi qəbula görə təşəkkürünü bildirərək, ikitərəfli və beynəlxalq əlaqələrin qurulmasında akademik mühitin vacib olduğunu söyləyib. Qonaq xalqların tarixi və mədəniyyət arasında əlaqələrin qurulması üçün dillərin öyrənilməsinin əhəmiyyətindən söz açıb.

Daha sonra qarşılıqlı əməkdaşlıq, tələbə və müəllimlərin təkmilləşməsi istiqamətində aparılacaq işlər, birgə layihələr və gələcək perspektivlər müzakirə olunub.

Qeyd edək ki, görüşdə Venesuelanın ölkəmizdəki ilk fövqəladə və səlahiyyətli səfiri Kristofer Berroteran da iştirak edib.

Tarix
2019.02.21 / 17:02
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla