Yuxarı

“Şeytan əməlləri” təqdim olundu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Şeytan əməlləri” təqdim olundu

Aprelin 13-də Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Mədəniyyət Nazirliyinin dəstəyi ilə Xalq yazıçısı Elçinin eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Şeytan əməlləri” tamaşasının premyerası olub.

Kult.az xəbər verir ki, xalq yazıçısı Elçin jurnalistlərə müsahibəsində öz təəssüratlarını bölüşüb.

“Uzun illərdir ki, mən Azərbaycan və rus dram teatrlarının kollektivləri ilə sıx əməkdaşlıq edirəm. Bu teatrlar mənim pyeslərim üzrə yüksək səviyyədə tamaşalar hazırlayır. Rus Dram Teatrında əvvəllər mənim pyeslərim əsasında 7-8 tamaşa səhnəyə qoyulub. “Şeytan əməlləri” mənim son əsərlərimdən biridir. Bu, absurd janrında yazılmış ilk pyesin quruluşudur. Bu janr incəsənətdə ayrıca müstəqil istiqamətdir. Tamaşaya quruluşu Finlandiyada yaşayan istedadlı rejissor Kamran Şahmərdan verib. Biz əməkdaşlıq üçün onu müntəzəm olaraq dəvət edirik. O, həmçinin mənim eyniadlı pyesim əsasında səhnələşdirilmiş “Cəhənnəm kirayənişinləri” tamaşasının quruluşçu rejissorudur”.

Rejissor Kamran Şahmərdan jurnalistlərə tamaşa üzərində iş prosesindən danışıb:

”Şeytan əməlləri” əsərində əbədi və bütün zamanlar üçün aktual olan xeyir və şər mövzusu qaldırılır. Absurd janrı Azərbaycan teatrı üçün yenidir. Biz çox çalışıb, çox düşünmüşük. Mən Elçinin yaradıcılığına ilk dəfə deyil ki, müraciət edirəm və əminəm ki, bu tamaşa da uğur qazanacaq”.

Sonra tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan “Şeytan əməlləri” tamaşası nümayiş etdirilib.

Rolları xalq artisti Məbud Məhərrəmov, əməkdar artist Mələk Abbaszadə, əməkdar mədəniyyət işçisi Rüfət Nəzərov, aktyorlar Teymur Rəhimov, Zaur Terequlov, Rumiyyə Ağayeva və başqaları ifa ediblər.

Tamaşanın dekorasiya və geyim rəssamı Valeri Polunovski (Rusiya), musiqi tərtibatçısı Azərbaycanın Əməkdar mədəniyyət işçisi Vladimir Neverov, videoinstalyasiyaçı Aqil M.Quliyev, xoreoqraf Kamilla Hüseynovadır.

Qeyd edək ki, Xalq yazıçısı Elçinin ümumi tirajı 5 milyon nüsxə olan kitabları 20-dən çox xalqların dilinə tərcümə edilib, dünyanın bir çox ölkələrində nəşr olunub. O, bir sıra roman, pyes və hekayələrin müəllifidir. Elçinin ssenarisi əsasında bir neçə bədii film – “Baladadaşın ilk məhəbbəti” (1974), “Arxadan vurulan zərbə” (1977), “Gözlə məni” (1980), “Gümüşü furqon” (1982), “Bağ mövsümü” (1985), “Milli bomba” (2004), “Hökmdarın taleyi” (2008) və digər ekran əsərləri lentə alınıb.

Tarix
2019.04.14 / 11:55
Müəllif
Kult.az
Digər xəbərlər

Bakı onlar üçün vizasız rejim tətbiq etmək istəyir

Azərbaycan və Yaponiya XİN rəhbərləri görüşdü

Eynulla Fətullayev saytını neçəyə satıb? - Fantastik rəqəm

İlham Əliyev portuqaliyalı həmkarını təbrik etdi

Hər dəfə Tramp və Bibi “dalaşanda” İrana zərbə endirilir

Rəhman Mustafayev Mixail Qaluzinlə görüşdü

Artıq bəsdir: İran bu Əbülfəzli susdurmalıdır!

Şimali Kiprin baş naziri Azərbaycana gəlir

Ermənilər Azərbaycan mahnısına oynadılar - Video

Kremlin İrəvanla bağlı siyasəti: Buna məcburdur!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla