Yuxarı

Qədr gecəsi nə vaxtdır, fəzilətləri nələrdir? – Hacı Şahin

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qədr gecəsi Ramazan ayının 19-cu, 21-ci və ya 23-cü gecələrindən birinə təsadüf edir. Yəni insanlar mayın 24-ü (25-nə keçən gecə), 26-sı və 28-i axşam saatlarından etibarən ibadət edə, səhərə qədər oyaq qala bilərlər.

Bu sözləri Kult.az-a açıqlamasında tanınmış ilahiyyatçı, Məşədi Dadaş məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli deyib. O bildirib ki, bəzi hədislərimizdə Ramazan ayının 27-ci gününün Qədr gecəsi olduğu da qeyd olunur:

“Qədr gecəsi “Qurani-Kərim”in nazil olduğu gecədir. Ümumiyyətlə, Qədr gecəsi bir gecədir, amma hansı gecəyə təsadüf etməsi dəqiq məlum deyil. Buna görə də müsəlmanlar üç gecə oyaq qalır.

Əsasən bu gündən başalayaraq Ramazan ayının son ongünlüyündə Qədr gecəsi olma ehtimalı var”.

İlahiyyatçı Qədr gecəsində ediləcək dualardan və bu gecənin fəzilətlərindən də danışıb:

“Qədr gecəsi haqqında Qurani-Kərimdə “Qədr” surəsi var. Həmin surədə yazılır ki, biz Quranı Qədr gecəsində nazil etdik. Bu gecə min aydan daha xeyirli, daha fəzilətlidir. Bir insan ömrü təqribən 80 il hesablanırsa, min ay da bu müddəti əhatə edir. Yəni Qədr gecəsi bir ömürdən daha faydalı olan bir gecədir. Həmin gecəni səhərə qədər oyaq qalmaq, ibadət etmək tövsiyə olunur. Ümumiyyətlə, bu, vacib bir hökm deyil. Kimsə bu gecədə yuxuya gedərsə, günaha batmış olmur. Hər halda ən fəzilətli gecəni yuxuda keçirmək yaxşı deyil.

Bu gecəyə məxsus olan ibadətlər, dualar var ki, onlar dua kitablarında qeyd olunub. İnsanlar bu müqəddəs gecədə öz səhvlərini, xətalarını etiraf etməli, keçmişini təftiş edərək özünə hesabat verməli və bağışlanmasını diləməlidir. Qədr gecəsində səhərə qədər ibadətlə məşğul olub əfv diləyənlər heç şübhəsiz ki, bağışlanmış olacaqlar. Qədr gecəsində insanların səhvlərini düzəltməklə həyata yenidən başlamaq şansı var”.

Hacı Şahin ötən gecəni (mayın 23-dən 24-nə keçə gecə) Qədr gecəsi bilərək keçirənlərin heç nə itirmədiyini deyib:

“Səhərə qədər ibadət ediblərsə, Qədr gecəsi deyil deyə, buna təəssüflənmək yox, sevinmək lazımdır. Daha bir gecəni ibadətlə keçiriblər və savab qazanıblar da...”

Tarix
2019.05.24 / 23:15
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Vahid Ələkbərovun oğluna da sanksiya tətbiq edildi

Prezident yeni səfirlərin etimadnaməsini qəbul etdi

Məşhur polkovnikə yüksək vəzifə verildi

Məcid Xandan Əliyevə: Bu, bizi olduqca kədərləndirdi

Təyyarə qəzasında yaralanan daha bir nəfərdən xəbər var

Babacanyan: Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz

İran Azərbaycana qarşı niyə aqressivləşib? - Video

Əsir düşən azərbaycanlı ilə bağlı XİN-dən açıqlama

Oleq Bakinski ilə mühakimə edilən şəxs nazir müavini olub

Bakı İrəvandan istədiyini bu yolla alacaq - Krılov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla