Yuxarı

Erməninin ayaqqabısını geyinən Vahabzadə

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftə biz Azərbaycan tarixi üçün çox önəmli bir yarışı – Avroliqanın finalını geridə qoyduq. Bu final oyunu digərlərindən fərqlənirdi. Belə ki, bəlkə də futbol tarixində ilk dəfə bir matç üzərindən hansısa dövlətə qarşı iyrənc oyunlar qurulmuşdu. Ancaq başda Azərbaycan polisi olmaqla, xalqımız bu təxribatların heç birinə uymadı və Bakı dünyaya örnək bir şəhər olduğunu nümayiş etdirdi.

Amma təəssüf ki, bu təxribatlara alət olanlar da tapıldı. Özü də uzun illər yüksək vəzifə tutmuş, xaricdə Azərbaycanı təmsil etmiş bir adam - İsfəndiyar Vahabzadə! Xalq şairi Bəxtiyar Vahabzadənin oğlu!

Təbii, İsfəndiyar bəy haqlı tənqid irəli sürsəydi, onu ilk növbədə mən dəstəkləyərdim. Ancaq gəlin onun tutduğu iradlara baxaq.

Deyir: “Azərbaycanlı nazir, o boyda gövdə mələyərdi ki, Mxitaryan Bakıya gəlsin”.

Əvvəla, bu ölkənin naziri haqqında belə təhqiramiz fikir səsləndirmək bir diplomata, özünü elmlər doktoru, yazıçı kimi təqdim edən şəxsə yaraşarmı? Özünə hörmət edib-etməməyin öz işindir, ancaq Bəxtiyar Vahabzadə adına hörmət etmək borcundur. Çünki bu sözün qarşılığı ən yumşaq halda “tərbiyyəsiz” sözüdür ki, bunun da bir başı sevimli şairimizə gedib çıxır və o Uca kişinin ruhunu narahat edə bilər.

Nazir nə demişdi? Demişdi ki, Mxitaryan Bakıya gələ bilər, onun təhlükəsizliyi qorunur. Ermənilər dünyaya Azərbaycanda ksenefobiyanın olduğunu sübut etməyə çalışırdılar və çalışırlar. Nazir də buna qarşı çıxdı, sözünü dedi, hətta “Onun ardınca F-16-mı göndərək” haqlı və yerində işlətdiyi sözlərlə dünya mediasının manşetinə daşındı.

Pismi dedi? Ermənilərin payını vermədimi?

Yoxsa, ermənilərin planının baş tutmaması İsfəndiyar bəyi də narahat edib?

İ.Vahabzadə vurğulayır: “Xalqını sevən müxalifət bu məsələyə etirazını bildirdi”.

Maraqlıdır, bu adam yatıb-yatıb indi ayılıb? Neçə illərdir niyə müxalifətin tərəfinə keçmirdi? 2017-ci ildə yaşına görə təqaüdə göndəriləndən sonra yadına düşüb ki, Azərbaycan hökuməti pisdir? Niyə bu neçə ildə, vəzifədə olanda müxalifət yadına düşmürdü?

O, bir neçə ölkədə səfir vəzifəsində çalışıb və məhz Azərbaycanın səfiri olduğu üçün xaricdə müəyyən imtiyazlar əldə edib. Elmi adlar alıb, Moldova Yazıçılar Birliyinin üzvü olub, ordenlə təltif edilib.

Bu illər ərzində, ayağı isti yerdə, kef-damaq içində olanda müxalifət yadına düşmədi, amma pensiyaya çıxan kimi, onillərlə bir səngərdə vuruşduğu komandasına ittihamlar səsləndirməyə başladı?

Bu, yumşaq dillə desək, ikiüzlülükdür.

Digər tərəfdən, “xalqını sevən müxalifət” nə deyib? Deyib, Mxitaryanı ölkəyə niyə buraxmadınız? Yoxsa, ermənilər “Mxitaryan oyunu” qurduqları və hakimiyyət ona qarşı mübarizə apardığı üçün əsəbiləşib?

Bu nə əxlaqdır? Mxitaryanın ayaqqabısını geyinib, Azərbaycana təpik atmaq nəyə sığar?

Budurmu Bəxtiyar Vahabzadənin ona verdiyi tərbiyə?! Əsla bu deyil!

Bəs onda İsfəndiyar bəy niyə belə gülünc və əxlaqdankənar şər-böhtan səsləndirir?

O, növbəti açıqlamasında deyir ki, əgər hansısa azərbaycanlı şəhərdə Mxitaryan köynəyi geyinən şəxsə yaxınlaşsaydı, polisimiz onu dəyənəklə vurardı, tutardı, həbs edərdi...

Siz Allah, buna baxın! Heç 3-cü sinif şagird belə düşük fikir səsləndirmir. Əlbəttə ki, polisimiz istənilən halda kiməsə fiziki təzyiq göstərən birinin qarşısını almalıdır. Çünki bu cinayətdir. Digər tərəfdən, videodan da göründü ki, Mxitaryan köynəkli adamlar şəhərə məhz təxribat yaratmaq üçün çıxmışdılar. O “Mxitaryanlı gedələri” məşhur kannallar izləyib-çəkirdi. Polisimiz də onları mühafizə etdi ki, hər hansı neqativ hal yaşanmasın. Əgər nəsə neqativ hal yaşansaydı, güdükdə duran və məhz bunu arzulayan xarici media hadisəni şişirdib tirajlayacaqdı və Azərbaycan xalqını barbar, vəhşi bir toplum kimi təqdim edəcəkdi. Lakin polislərimizin və digər təhlükəsizlik orqanlarımızın səyi və fədakarlığı nəticəsində belə olay yaşanmadı.

İsfəndiyar Vahabzadəni bu şər-böhtanı səsləndirməyə nə vadar edir?

Qardaşı Azər Vahabzadə bu ölkənin prokurorluq orqanlarında pensiya yaşına qədər ən yüksək vəzifələrdə çalışdı, 2017-ci ildə rayon prokuroru kimi pensiyaya çıxdı. Ətrafı, əlaqələri, imkanları...

İsfəndiyar bəyin özü də diplomat kimi ölkəmizi 63 yaşına qədər müxtəlif ölkələrdə təmsil etdi.

Əgər doğrudan da bu hakimiyyət pis idisə, 2016-cı ildə - qardaşı və özü pensiyaya çıxmazdan bircə il öncə istefa verib, başlayardı hakimiyyət haqqında istədiyini deməyə. Nə oldu, yalnız pensiyaya çıxandan sonra “ayıldı” ki, Azad Rəhimov “çox kökdür” və yaxud müxalifət “xalqını sevir”?

Məni bir şey düşündürür: görəsən, 65 yaşını haqlamış bir adamı bu açıqlamaları verməyə nə məcbur edir? Görəsən onun vicdanı rahatdırmı?

Vicdan demişkən, fikrimi elə Xalq şairi Bəxtiyar Vahabzadənin “Vicdan” şeiri ilə yekunlaşdırıram:

Bu dünyadan umacağım mizandır,

Qorxduğum kəs bu mizanı pozandır.

Tox gədanın qudurması yamandır

Acandan yox, mən doyandan qorxuram.

Uyuruqsa nəfs adlanan elçiyə,

Tüpürürük vicdan kəsən ölçüyə.

Odur verən düz qiyməti hər şeyə

Vicdanından qorxmayandan qorxuram.

Tarix
2019.06.07 / 21:37
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Siyarto bu gün Azərbaycana gəlir

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla