Yuxarı

Moskvada Azərbaycana aid tarixi sikkə tapıldı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskvada Azərbaycana aid tarixi sikkə tapıldı

İyunun 26-da Moskvanın İlinki rayonunda aparılan geniş abadlıq işləri çərçivəsində tapılan nümunələr arasında arxeoloqlar Azərbaycana aid sikkə aşkar ediblər.

Kult.az xəbər verir ki, bu barədə “Paytaxt Arxeologiya Bürosu”nun baş direktoru Konstantin Voronin danışıb.

Voroninin sözlərinə görə, bölgədən tapılan arxeoloji nümunələr burada XVII-XIX əsrlərdə qızğın ticarət aparıldığını sübut edib”.

“Qarşımızda unikal sikkə dayanır. Bunlar Şirvanda – Qafqazda, şimalda Dərbənddən tutmuş cənubda Kür çayının deltasına qədər uzanan tarixi əyalətdə dövriyyədə olub. İndi bu ərazidə Azərbaycan yerləşir”.

“Paytaxt Arxeologiya Bürosu”nun elmi işlər üzrə direktoru İvan Volkovun sözlərinə görə, tapılan sikkə 17-ci əsrə aiddir və bu cür pullar heç vaxt Moskvada istifadə edilməyib.

Rus alimlərin fikrincə, bu sikkə nə vaxtsa suvenir olaraq bura gətirilib:

“Bütün bunlar o dövrün Moskvasının digər şəhərlər və dövlətlərlə geniş ticarət əlaqələri saxladığını göstərir. Yəqin ki, yerli bir Afanasi Nikitin həmin əyalətə səfər edib və onun cibində bu kiçik sikkə qalıb. Daha sonra həmin sikkəni itirib”, - Voronin bildirib.

Qeyd edək ki, tapılan arxeoloji nümunələr tədqiqatlardan sonra Moskva muzeyinə təhvil veriləcək.

Tarix
2019.06.28 / 10:30
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

Qız uşaqları bətndəcə məhv edilir – Təhlükə...

Bakıda var, Tiflisdə var – bəs, İrəvanda niyə yoxdur?

Ərdoğan bu torpağa ayaq basa bilməyəcək – Katz

Azərbaycan XİN Çilini təbrik etdi

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Heç bir dövlət bu prosesdən kənar qala bilməz - Əli Nağıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla