Yuxarı

AYB-nin Gənclər Şurasına yeni sədr seçildi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
AYB-nin Gənclər Şurasına yeni sədr seçildi

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gənclər Şurasının yeni sədr və sədr müavini seçilib.

AYB-dən Kult.az-a verilən məlumata görə, bununla bağlı AYB Katibliyinin toplantısında qərar qəbul edilib.

Toplantıda İdarə Heyətinin, Ağsaqqallar Şurasının, Gənclər Şurasının tərkibinə əlavə və dəyişikliyin edilməsi, Etika Komissiyasının yaradılması məsələləri gündəliyə salınıb.

Yığıncaqda sərəncamla xalq yazıçısı, xalq şairi fəxri adlarına layiq görülmüş şəxslər AYB İdarə Heyəti üzvlüyündən çıxarılaraq Ağsaqqallar Şurasının üzvlüyünə keçirilməsi qərara alınıb. Eyni zamanda AYB İdarə Heyətinə yeniləri üzv qəbul olunub. Bundan başqa, şair Fərid Hüseyn Gənclər Şurasının sədri, yazıçı Cavid Zeynallı isə sədr müavini seçilib.

Toplantıda son zamanlar ayrı-ayrı şəxslərin Azərbaycan Yazıçılar Birliyinə, klassik yazıçılara qarşı təhqiramiz ifadələr işlətməsi, irəli sürülən əsassız ittihamların araşdırılması, Birliyin Nizamnaməsindən irəli gələn qaydalara riayət etməyən üzvlərin müəyyən olunması məqsədilə Etika Komissiyası yaradılıb. Xalq yazıçısı Mövlud Süleymanlı Komissiyasının sədri, tənqidçi, professor Rahid Ulusel isə sədrin müavini seçilib.

Tarix
2019.07.11 / 17:34
Müəllif
Kult.az
Digər xəbərlər

Mehriban Əliyeva 18 okryabrla bağlı paylaşım etdi

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla