Yuxarı

Ermənilərin Qarabağ filmi: rus pulu ilə fransız aktyoru…

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni diasporu bu dəfə Dağlıq Qarabağla bağlı saxta tarixin təbliğatı üçün məşhur aktyorların adından istifadə etmək qərarına gəlib.

Kult.az xəbər verir ki, erməni rejissor Robert Defin “Valter” adlı filmi Rusiya Federasiyası Mədəniyyət Nazirliyinə təqdim edilib. Filmdə əsas rolu “Taksi” filminin ulduzu Sami Naserinin kiçik qardaşı – Bibi Naseri ifa edəcək. Erməni mətbuatının məlumatına görə, “13-cü rayon” filmində əsas rolu ifadə edən Naseri artıq sözügedən filmin çəkilişlərində iştiraka razılıq verib.

Filmin müəllifləri belə deyirlər: “Valter” filmindəki hadisələr ötən əsrin 90-cı illərində cərəyan edir. Filmin baş qəhrəmanı Moskvada tikintidə çalışır. Faciəli hadisələr onu vətəninə qayıtmağa vadar edir. O, anasını xilas və ya dəfn etmək üçün Dağlıq Qarabağa qayıdır. Hava limanında Valteri ölən dostunun oğlu (bu obrazın anası və nənəsi də itkin düşüb) qarşılayır, onlar yaxınlarının axtarışı yolunda mərhələləri birlikdə keçirlər. Hadisələr Qarabağ münaqişəsi fonunda inkişaf edir. Valter – mavigözlü, sarışın ermənidir. Sovet İttifaqı dönəmində Dağlıq Qarabağda çoxlu hərbi hissələr yerləşib. Bu hərbi hissələrdəki ruslarla qan qarışması nəticəsində bir çox sarışın qarabağlı meydana gəlib”.

Süjetdən göründüyü kimi, film antiazərbaycan psixoloji təsir aləti xarakteri daşıyacaq. Dağlıq Qarabağ – ermənilərin vətənidir, azərbaycanlılar isə - qatillərdir.

Həqiqət tamamilə təhrif olunub. Avropa və ya Amerikada filmə baxan şəxslər erməni rejissorun saxtalaşdırdığı hadisələri aydınlaşdırmaq üçün özünə əziyyət verməyəcək. İzləyici üçün faciə yetərlidir. Hətta sənədlərə əsaslanmayan adi filmlərin belə izləyicilərin hər hansı obraza dərin nifrətinə səbəb olmasına dair nümunələr heç də az deyil.

Hazırda sözügedən film Rusiyanın Mədəniyyət Nazirliyində təsdiqlənmə mərhələsindədir və Azərbaycan XİN, səfirlik və Azərbaycan diasporunun bununla bağlı etiraz üçün hələ zamanı var.

Tarix
2019.08.01 / 16:13
Müəllif
Əli, Orxan
Digər xəbərlər

Menbiçdə Azərbaycan bayrağı, Qarabağ yazısı - Foto

İrəvan Bakıya qarşı iddialarını geri götürür?

5 partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı

Hikmət Hacıyev İsrail prezidenti ilə görüşdü

Plastik cərrahların sertifikatları ləğv olunur: Ağır cəza...

Azərbaycanın iki ölkədə səfirliyi fəaliyyət göstərmir

Əsəd rejiminin Azərbaycana münasibətinə baxın - Foto

İlham Əliyev 2 fərman imzaladı

Fransa səfiri dayanmır: yenə sərhədimizə gəldi - Foto

Ərdoğan “bir mən, bir Putin...” sözü ilə nəyə işarə etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla