Yuxarı

Nazirlik Rüstəm İbrahimbəyovun sədrliyini təsdiqlədi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik Rüstəm İbrahimbəyovun sədrliyini təsdiqlədi

Ədliyyə Nazirliyi Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbər orqanlarının səlahiyyətlərini təsdiq edib.

Bu barədə APA-ya İttifaqın katibi Əli İsa Cabbarov məlumat verib.

O bildirib ki, 1963-cü ildə təsis olunmuş İttifaqın heç vaxt qeydiyyat problemi olmayıb:

“Sadəcə İttifaqın nizamnaməsini "Qeyri Hökumət Təşkilatları haqqında" qanunun tələbinə uyğun redaktə etmək və rəhbər orqanları yenidən seçmək tələb olunurdu. İyulun 16-da keçirilən konfransda sədr və İdarə Heyəti seçildi”.

Katibin sözlərinə görə, Ədliyyə Nazirliyi İttifaqın bütün orqanlarının, o cümlədən sədr Rüstəm İbrahimbəyovun səlahiyyətini təsdiq edib.

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin sədri kinorejissor Rüstəm İbrahimbəyov, üzvləri isə Anar, Rasim Balayev, Cəmil Fərəcov, Ziya Şıxlinski, Əli İsa Cabbarov, Firəngiz Qurbanova, Baba Vəziroğlu, Məbud Məhərrəmov, Şükufə Yusupova, Əsəd Əsədov, Həmidə Ömərova, Nizami Abbas, Tahir Əliyev, Lalə Əfəndiyeva, Oleq Səfərəliyev, Cavid İmamverdiyev və Mirbala Səlimlidir.

Tarix
2019.08.19 / 12:24
Müəllif
Kult.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla