Yuxarı

Çingiz Mustafayev necə şəhid olub? 10 fakt - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çingiz Mustafayev necə şəhid olub? 10 fakt - Video

12:40

Bu gün Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür.

Kult.az Çingiz Mustafayevlə bağlı 10 faktı təqdim edir:

1. Əslən Şəkidən olan Ç.Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimirovskiy rayonunun Kapustin-Yar kəndində anadan olub.

2. Atası Çingizin hərbçi olmasını istədiyindən onu Cəmşid Naxçıvanski adına hərbi liseyə yollayıb. O, 7 il hərbi məktəbdə təhsil alıb.

3. Ç.Mustafayev 1970-ci illərdə SSRİ-də və Azərbaycanda ilk disko-klubun yaradıcısı olub. O, Azərbaycanın ilk diceyi kimi də tanınır.

4. 1977-1983-cü illərdə Azərbaycan Tibb İnstitutunda təhsil alıb. Təhsilini başa vuran Mustafayev təyinatla Şabran rayonunda üç il həkim işləyib, daha sonra İnşaat Mühəndisləri İnstitutunun yataqxanasına baş həkim təyin edilib.

5. 1979-cu ildən 1983-cü ilə kimi xalq artisti Lütfəli Abdullayevin qızı Gülnarə Abdullayeva ilə nişanlı olub.

6. Ç.Mustafayev ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin qardaşıdır.

7. Çingiz 1983-cü ildə dünyada ilk dəfə olaraq Azərbaycan dilində rep səsləndirib. Sözügedən rep “Dünənki keçdi” adlanıb.

8. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Ç.Mustafayevin fəaliyyətini məhdudlaşdırdığından o, “215 kl” studiyasını yaradıb. Onun reportajları bir qayda olaraq cəbhə ilə bağlı olduğundan, “215 kl” studiyasını məhz müharibədən məlumat verən telequrum kimi qəbul edilirdi.

9. Milli Qəhrəman Allahverdi Bağırovun erməni hərbçi Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayev Xocalıda soyqırım zamanı qətlə yetirilən insanların görüntülərini lentə ala bilib.

10. Çingiz 1992-ci il iyunun 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı qəlpə yarası alıb və sürətli qanaxmadan döyüş meydanında dünyasını dəyişib.

Bonus: Ç.Mustafayevin Xocalıda azərbaycanlılar tərəfindən vurulduğu deyilsə də, Qarabağ qazisi Bakir Behbudov və bəstəkar Rasim Müzəffərli bu iddiaların tamamilə əsassız olduğunu bildiriblər.

Çingiz şəhid olan zaman həmin yerdə döyüşən əsgərlərimiz də onun ermənilərin atəş açması nəticəsində şəhid olduğunu deyiblər.

Tarix
2019.08.29 / 17:14
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla