Yuxarı

Bu adamlardan 30 ildir peyin iyi gəlir

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu adamlardan 30 ildir peyin iyi gəlir

Hərbi xidmətdə olduğum müddətdə çox əsgərlə tanış, çox az əsgərlə dostluq etmişəm. Onlardan biri də Alı idi. Qarabağ müharibəsi şəhidi, Milli Qəhrəman Alı Mustafayevin şərəfinə bu ad verilmişdi bizim Alıya. Amma çox çılğın, dəlisov, macərapərəst gənc idi.

Xaçmaz-Qusar yolunun üstündə Qəflə piri var, yanında da kənd qəbiristanlığı. Alı 9-cu sinifdə oxuyanda “yoldaşlarla pirə ziyarətə gedirik” deyib yetişiblər o məkana (Onu da deyim ki, qəflətən nədənsə qorxan adamları o pirə aparıb, bir-iki saat yatırıb gətirərdilər. Ona görə də adı “Qəflə piri” qalıb).

Alı deyir ki, piri ziyarət edərkən uşaqlarla məzarlığa getdik, gördük, bir qəbiri yenicə qazıb bitiriblər. Adamlar gedən kimi məzara uzanıb şəkil çəkdirdim. Evə gəlib çatanda artıq qəbir qoxuyurdum. Üstümdən qəbir iyi gəlirdi, amma məndən başqa heç kəs bunu hiss etmirdi. Getdikcə qorxurdum. Nənəm məni götürüb ölü sahibinin yanına apardı, üzr istədi, o qəbirdən bir ovuc torpağı bütün bədənimə sürtdü. Düz 40 gün sonra o qoxu məndən getdi.

Bunu niyə yazdığımı danışım sizə.

Qarabağ müharibəsi dövründə bəzi qanıqarışıq fərarilər döyüşdən yayınmaq üçün peyin xaralarının altında gizlənirdilər. O hadisələrdən illər ötüb, amma həmin kəslərin yanından ötəndə elə indicə o peyin xarasından çıxıbmışcasına iy verirlər. Bunu tam səmimi deyirəm: peyin qoxuyan kişiciklər hələ də var. İndi peyinli kişiciklərin “Tik-Tok”çu övladları bu xalq, vətən üçün canını qurban verən yəhudi əsilli Milli Qəhrəman Albert Aqarunova heykəl qoyulmasına qarşı çıxmağa çalışır, xainlik edirlər.

Milliyyətindən asılı olmayaraq, bu xalq üçün canını fəda edən hər bir şəxs millətimizin, xalqımızın nümayəndəsidir. Albert də Azərbaycanın oğludur və təbii olaraq, xalqımız onun xatirəsini daim yaşadacaq. Şəxsən mən Bakıya gələn kimi Albertin heykəlini ziyarət edib qoxlayacam. Əminəm, o heykəl barıt və Vətən qoxuyur. Siz isə bu zehniyyətlə ömrünüzün sonuna qədər peyin qoxuyacaqsınız.

Tarix
2019.09.06 / 15:37
Müəllif
Habil Rzanur
Digər xəbərlər

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

Kərki Azərbaycana qaytarılır - Müzakirələr qızışır

Pakistanda azərbaycanlı qadına təcavüz edildi

Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla