Yuxarı

Azərbaycanlı mühacirin restoranında axtarış aparılıdı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı mühacirin restoranında axtarış aparılıdı

Almaniya polisi “Mühacir alveri”nə görə həbs edilən Azərbaycan vətəndaşına məxsus restoran və evlərdə axtarışlar aparıb.

Report-un məlumata görə, növbəti yoxlama uzun illərdir Almaniyada mühacir həyatı yaşayan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi Elçin Əkbərova məxsus Koblenz şəhərində yerləşən restoranda baş tutub. Federal kriminal polis iaşə müəssisəsinin kassasındakı istintaq üçün zəruri olan sənədləri aktlaşdıraraq götürüb.

Eyni zamanda E.Əkbərova məxsus Reynland-Pfalts əyalətində yerləşən mənzillərdə də axtarış aparılıb. Nəticədə Azərbaycanın hüquq-mühafizə orqanlarına aid saxta möhür, ştamp, əvvəlcədən hazırlanmış saxta arayış formaları və nağd pul istintaq üçün yararlı hesab edilərək müsadirə edilib.

Qeyd edək ki, Koblenz Federal İdarə Məhkəməsi E.Əkbərovun şübhəli şəxs qismində istintaqa cəlb edilməsi üçün barəsində 6 aylıq həbs qətimkan tədbiri seçib.

Xatırladaq ki, ötən gün Almaniya federal kriminal polisi mühacir alveri ilə məşğul olan azərbaycanlılardan ibarət dəstəyə qarşı əməliyyat keçirib. Ölkənin Nidersaksen, Şlezviq-Holşteyn, Bremen, Şimali Reyn Vestfaliya, Bradenburq və Reynland-Pfalts əyalətlərində 38-dən çox ev və iş yerlərinə basqın edilib. Nəticədə mütəşəkkil cinayətkar dəstənin üzvlərindən 7-si saxlanılıb.

Tarix
2019.11.14 / 20:17
Müəllif
Axar.az
Digər xəbərlər

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla