Yuxarı

Şeyx divarı uçan binada yaşayır

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən hələ də uçmuş evdə təhlükə altında yaşayıram.

Bu sözləri Kult.az-a açıqlamasında Şeyx Əbdül Mahmudov Nəsimi rayon Mirzə Ağa Əliyev küçəsində yerləşən və 26 noyabrda divarı uçan yaşayış binasındakı son vəziyyətlə bağlı danışarkən deyib. O bildirib ki, ötən həftə icra və aidiyyəti FF2011 MTK nümayəndələri əraziyə gəlsə də, heç bir tədbir görülməyib:

“Bir neçə nəfərə başqa evdə yaşamaq üçün kirayə pulu veriblər, ancaq mən razılaşmadım. Razılaşanlar da indi başlarına döyürlər. Mən niyə öz sənədli evimdən çıxıb kirayələrdə yaşamalıyam? Deyək ki, gedib 2-3 ay kirayədə yaşadım. Onlar 2-3 aya mənə yeni mənzil tikəcəklərmi? 10 ildir bizi pis vəziyyətdə qoyublar. Bu ev uçana qədər burada qalacağam. Burda oyun oynanılır. Gözləyirlər ki, ev uçub tökülsün, insanlar da məcbur olub çıxsınlar. Mənim 75 yaşım var, xalq artistiyəm. İndi mənim kirayələrdə qalan vaxtımdır? Mən nəyə görə bu boyda evimi, arxivimi kirayəyə daşımalıyam. Ya mənə ev tikib versinlər, ya da evimin pulunu versinlər, yeni mənzil alım”.

Xalq artisti sözügedən problemlə əlaqədar ölkə başçısına rəsmi müraciət göndərəcəyini söyləyib:

“Hazırda bu problemlə bağlı Prezident İlham Əliyevə SOS haraylı müraciət hazırlayıram. Məni bu dövlət xalq artisti edib. Hər zaman bu dövləti dəstəkləmişəm. Amma indi bəzi məmur bizi incidir, yaşamağa qoymur. Prezident dəfələrlə yaşadığım bina ilə bağlı göstəriş versə də, icra olunmayıb. Pulları yeyiblər, indi də bina tikməyə pul tapmırlar”.

Qeyd edək ki, ötən həftə Nəsimi rayon Mirzə Ağa Əliyev küçəsində yerləşən və qəzalı vəziyyətdə olan yaşayış binasının divarı uçub. Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun ailəsi də daxil olmaqla, sözügedən binada yaşayan 14 ailə çarəsiz vəziyyətdə qalıb.

Hadisə yerinə gələn FF2011 MTK-nın sahibi Tamilla İbrahimovanın oğlu Fərrux İbrahimov saytımıza açıqlamasında hələlik onların kirayə evlərə köçməsi üçün pul ödəniləcəyini, aidiyyəti qurumlarla müzakirə aparıldıqdan sonra bu barədə yekun qərar veriləcəyini bildirmişdi.

Tarix
2019.12.02 / 11:10
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla