Yuxarı

Əliyevin bu qərarını dünya dövlətləri alqışladı - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Azərbaycanda ölüm hökmünü ləğv etmiş Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan “Ölüm hökmü-Ömürlük cəza” sənədli filminin təqdimat mərasimi keçirilib.

Kult.az xəbər verir ki, tədbirdə çıxış edən Ombudsman Səbinə Əliyeva Ulu öndər Heydər Əliyevin ölüm hökmünü ləğv etməsi təşəbbüsünün həm ölüm hökmü verilmiş şəxslərə, həm də onların ailə üzvlərinə, yaxınlarına, ölkə vətəndaşına verilən dəyərin göstəricisi olmaqla, dünya dövlətləri tərəfindən alqışlandığını söyləyib:

“Bu gün cənab Prezident İlham Əliyev bu prinsiplərdən çıxış edir. Şahidi olduğumuz mülki islahatlar, dövlət idarəçiliyinin müasirləşdirilməsi və məhkəmə-hüquq islahatları sahəsində həyata keçirilən tədbirlər, cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələbələrinə uyğunlaşdırılması və səmərəli idarəetmənin təşkili, çoxsaylı əfv təşəbbüsləri bunun bariz nümunəsidir. Bu islahatlara hər birimizin dəstəyi zəruridir. Qeyd edim ki, bir çox hallarda törədilmiş ictimai təhlükəli əməlin, cinayətin açılmasına sərf edilən resursların insanları belə əməllərdən çəkindirməyə ayrılan resurslardan çox olması müşahidə edilir. Hesab edirəm ki, səbəb və şəraitin öyrənilməsi, çəkindirici tədbirlərin həyata keçirilməsi işi genişləndirilməli və bu, hər bir qurumun fəaliyyətində prioritet olmalıdır”.

S.Əliyeva həmçinin sözügedən sənədli filmin hazırlanmasında rol oynayan hər kəsə təşəkkür edib:

“Əminəm ki, birgə görəcəyimiz işlər, əməkdaşlığımız vətəndaşlarımızın hüquqlarının etibarlı təmininə, ölkəmizdə həyata keçirilən islahatlara mühüm töhfə verəcək".

Daha sonra çıxış edən Azay Quliyev Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra gördüyü ən mühüm işlərdən birinin ölüm hökmünün ləğvi ilə bağlı olduğunu söyləyib:

“1993-cü ildə Ulu öndər hakimiyyətə gəldiyi dövrdə ölkədə çox böyük qarışıqlıq var idi, vətəndaş müharibəsi başlamış, ictimai-siyasi sabitlik tamamilə pozulmuş, hər yerdə xaos yaranmışdı".

A.Quliyev hər bir insanın yaşamaq hüququ olduğunu xatırladaraq, ölüm hökmünün ləğvinin bu hüququn təmin edilməsi istiqamətində atılmış mühüm bir addım olduğunu deyib:

“İnsanın canını almaq onu ən təbii - yaşamaq hüququndan məhrum etmək deməkdir. Törətdiyi cinayətdən, etdiyi əməldən asılı olmayaraq, hər kəsin yaşamaq hüququ var və bu hüquq heç kəsin əlindən alınmamalıdır. Beləliklə, 1998-ci il fevralın 10-da bu tarixi hadisə baş verdi və Milli Məclis Ulu öndərin təşəbbüsünü dəstəkləyərək, müvafiq qanunvericilik aktında dəyişiklik etdi, Cinayət Məcəlləsindən ölüm hökmünün icrası ilə bağlı olan maddələr qaldırıldı.

Əlbəttə, bu, Azərbaycan dövlətinin, Ulu öndərin humanist siyasəti idi. O, vətəndaşlara bu və ya digər formada yanaşmasında hansı dəyərlərə üstünlük verdiyini bir daha bütün dünyaya göstərmiş oldu. Ulu öndərin siyasətində həmişə humanizm əsas amillərdən biri olub. 1995-ci ildə Azərbaycanda əfv institutunun yenidən qurulmasında, bərpa olunmasında onun birbaşa təşəbbüsü var idi”.

Daha sonra tədbirdə “Ölüm hökmü-Ömürlük cəza” sənədli filmi nümayiş etdirilib.

Qeyd edək ki, filmin müəllifi tanınmış telejurnalist Mübariz Əsgərovdur.

Tarix
2019.12.10 / 13:55
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Prezidentdən Ağdamla bağlı paylaşım - Video

Müasir təhsildə elmi ada görə ödəniş yoxdur - Nazir

Kəmaləddin Heydərov general Elakla görüşdü

Kərim Vəliyev vitse-marşal Raza ilə görüşdü

Afrika ölkələri Bakıda müstəmləkəçiliyə qarşı birləşdilər

Mis məmulatlarına tətbiq olunan rüsumlarla bağlı qərar

Bakı-Tehran əlaqələrinin hazırkı vəziyyəti müzakirə edildi

Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış

Hersoq Bakıya gələ bilmədi – Ərdoğan niyə bunu elan etdi?

Əli Əsədov yeni qərar imzaladı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla