Yuxarı

Azərbaycanlı alim Oksfordun fəxri professoru oldu - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov müasir cəmiyyətdəki peşə nailiyyətlərinə görə Böyük Britaniyanın Oksford Akademik Birliyinin fəxri professoru adına (“Honorary Professor of the Academic Union, Oxford, UK”) layiq görülüb.

Tarix İnstitutundan Kult.az-a verilən məlumata görə, elmi şuranın iclasında AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova fəxri professor diplomu və mantiyasını Yaqub Mahmudova təqdim edib.

Tarixçi alimin bu fəxri ada layiq görülməsi Fransanın Kann şəhərində keçirilən “Keyfiyyət və idarəetmədə mükəmməllik” adlı forum və Avropa mükafatları gecəsində açıqlanıb.

Bu fəxri ad müasir cəmiyyətin sosial və intellektual tərəqqisinə töhfə verən insanlara hörmət və minnətdarlıq simvolu olaraq verilir.

Xatırladaq ki, bundan əvvəl Yaqub Mahmudov Böyük Britaniyada fəaliyyət göstərən Beynəlxalq Sokrat Komitəsi tərəfindən “Elmdə ad” fəxri tituluna, “Ən yaxşı baş menecer” fəxri adına və “Kraliça Viktoriya” beynəlxalq mükafatına layiq görülüb. O, dünya elminin inkişafına verdiyi töhfəyə görə XXI əsrin ən görkəmli elm adamlarının siyahısına daxil edilib.

Tarix İnstitutu isə Beynəlxalq Sokrat Komitəsi tərəfindən “2012-ci ilin ən yaxşı müəssisəsi” (“Best Enterprises - 2012”) diplomu ilə təltif olunub.

Tarix
2019.12.13 / 16:23
Müəllif
Mahir Ələkbərov
Şərhlər
Digər xəbərlər

Putin Şoyquya daha bir vəzifə verdi

Rusiya Azərbaycanla sərhəddən ordusunu niyə apardı?

Ermənilər təhlükəli oyunda iştirak etdiklərini anladılar

ATƏT sədrinin regiona səfərinin vaxtı məlum oldu

Sahibə Qafarova Özbəkistana getdi

Azərbaycan iki ölkəyə başsağlığı verdi

Mirzoyan Almatıya bu ümidlə getmişdi - alınmadı... - Video

Şərqi Azərbaycandan Kirmana milyardlar daşınır

Türkiyədə Rusiyanın iştirakı ilə Bakı-İrəvan sazişi... - “II Qars”?

Almatı uğursuzluğunun səbəbi: Paşinyan bunu istəyir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla