Axar.az
Yuxarı

Axar.Az Logo

Füzulidə hərbçinin üzərinə maşın sürənlər həbs olundu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 9-u saat 18 radələrində Füzuli rayonu ərazisində polis əməkdaşı və onunla birlikdə xidmət aparan hərbi qulluqçuya qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Füzuli Rayon Prokurorluğundan Axar.az-a bildirilib ki, araşdırmalarla 1983-cü il təvəllüdlü Fərzəliyev Zamiq Nurəli oğlunun idarə etdiyi minik avtomobili ilə sərnişin, 1984-cü il təvəllüdlü Əhmədov Zamir Vaqif oğlu ilə birlikdə işğaldan azad edilmiş olunmuş ərazilərdən əlvan metal toplayıb geri qayıdarkən rayonun Yuxarı Seyidəhmədli kəndi ərazisində xidmət aparan Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı Elməddin Abbasova və müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu Yusif Şərbətlinin avtomobili saxlaması barədə qanuni tələbinə məhəl qoymayaraq məsuliyyətdən yayınmaq üçün avtomobili onların üzərinə sürüb hər ikisinin ayaq nahiyəsindən vuraraq hakimiyyət nümayəndələrinə zor tətbiq etməklə müqavimət göstərib hadisə yerindən qaçmalarına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Füzuli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Zamiq Fərzəliyev və Zamir Əhmədov təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Tarix
2021.04.12 / 20:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Hollivudun əfsanəvi aktyoru öldü

Tiflisdə güclü yanğın

Daha iki mülki şəxs minaya düşdü

Bakıda əməliyyat: 2 bacı tutuldu

Milli Onkologiya Mərkəzinin həkimi vəfat etdi

Bibisi oğlunu öldürmək istəyən şəxs həbs edildi

Göyçayda bacısı qızını öldürən şəxs həbs edildi

Bakıda güclü külək binanın dam örtüyünü uçurdu

Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirildi

Milli Aviasiya Akademiyasının professoru vəfat etdi

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla